Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Şəmkirdə ananın iki azyaşlı övladı ilə birgə intihar etdiyi təsdiqləndi

 

Yenixeber.org: Şəmkirin Zəyəm qəsəbəsində baş verən dəhşətli olayın intihar olduğu dəqiqləşib. Şəmkir rayon Prokurorluğundan Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı həyat yoldaşı 1989-cu il təvəllüdlü Mahmudov Nəsrəddin Fəzail oğlu və iki azyaşlı uşaqları - 21.09.2014-cı il təvəllüdlü Mahmudov Sənan Nəsrəddin oğlu və 21.10.2016-cı il təvəllüdlü Mahmudova Səma Nəsrəddin qızı ilə birlikdə ərinin bibisi, 13.12.1960-cı il təvəllüdlü Mahmudova Dursun Nəsrəddin qızına məxsus Şəmkir rayonun Zəyəm qəsəbəsi, Xətai küçəsi 5 N-li evdə yaşayıb.

25 iyul saat 20 radələrində Dursun Mahmudova ilə aralarında məişət zəminində sözlü mübahisə etdikdən sonra Pərvanə Mahmudova iki azyaşlı uşağını götürüb həmin qəsəbədə yaşayan atası evinə getmək adı ilə evdən çıxıb. O, bu zaman atası evinə deyil, dəmiryolunun Qovlar-Zəyəm mənzilinin 134-cü kilometrliyinə gəlib, iki azyaşlı uşağının əllərindən tutaraq, onları da özü ilə birlikdə Böyük Kəsik-Bakı istiqamətində hərəkətdə olan 665 N-li, VL-10/1605 sərnişin qatarının altına atıb. 

Nəticədə hər üçü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.

Böyük Kəsik-Bakı istiqamətində hərəkətdə olan 665 N-li, VL-10/1605 sərnişin qatarının maşinisti, 1973-cü il təvəllüdlü Əhmədov Şəmistan Kərim oğlu və maşinist köməkçisi 1963-cü il təvəllüdlü Əliyev Əlnəşir Qulu oğlu şifahi izahat veriblər. Onlar bildiriblər ki, bir nəfər qadın iki azyaşlı uşağın əlindən tutaraq özlərini təxminən 8-10 metr məsafədən qatarın altına atıblar. Maşinistlər dərhal əyləc sistemini işə salaraq qatarı dayandırıblar və amma həmin qadının və iki azyaşlı uşağın öldüyünü müəyyən ediblər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam