Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Azərbaycan əhalisi ərzağa daha çox pul xərcləməyə başlayıb –Son 7 ilin statistikası


Yola saldığımız 2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət şəbəkələrində müştərilərə 52,2 milyard manatlıq, o cümlədən 29,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 22,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Yenixeber.org: Pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 431,8 manatlıq, o cümlədən 243,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,6 manatlıq qeyri-ərzaq malları alıb.

Əhalinin ümumi xərclərinin 56,3%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərclənib.
Müqayisə üçün bildirək ki, 2021-ci ildə bu göstərici 54,3%, 2020-ci ildə 54%, 2019-cu ildə 50,7%, 2018-ci ildə 50,2%, 2017-ci ildə 50,7%, 2016-cı ildə isə 49,9% olub.
Rəqəmlərdən də göründüyü kimi, son 7 ildə əhali ərzaq məhsullarına daha çox pul xərcləməyə başlayıb. 2016-cı ildə qeyri-ərzaq mallarına daha çox pul xərcləndiyi  halda, sonrakı illərdə ərzaq məhsullarına xərclənən vəsait davamlı olaraq artmağa, qeyri-ərzaq mallarına xərclənən vəsaitin payı isə azalmağa başlayıb.


İllər

Ümumi xərclər
(azn)
Ərzaq məhsulları, içkilər və tütün məmulatları Qeyri-ərzaq malları
Məbləğ (azn) Payı  (%) Məbləğ (azn) Payı (%)
2016 261 130,3 49,9 130,7 50,1
2017 301,9 153,1 50,7 148,8 49,3
2018 314,8 158,2 50,2 156,6 49,8
2019 331,4 168 50,7 163,4 49,3
2020 335,6 181,2 54 154,4 46
2021 367,8 199,9 54,3 167,9 45,7
2022 431,8 243,2 56,3 188,6 43,7

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam