Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“SİRAB” VƏ “BADAMLI”nın TALEYİ NECƏ OLACAQ? -Vasif Talıbova milyonlar qazandıran şirkətlər əlindən alına bilər

Yenixeber.org: Lakin istisna etmək omaz ki, V.Talıbov Naxçıvan Ali Məclisinin sədri vəzifəsilə birgə böyük bizneslərini, ən azından onların bir hissəsini də itirə bilər. Bu baxımdan “Sirab” və “Badamlı”nın gələcək taleyi maraq doğurur. Təxmini hesablamalar göstərir ki, bu şirkətlərin gündəlik içməli su satışı yüzlərlə, bəlkə də minlərlə tonla ölçülür. Azərbaycanda nəinki paytaxtda və iri şəhərlərdə, ən ucqar kəndlərdə belə bu şirkətlərə aid suların satışı təşkil olunub. Qiyməti də kifayət qədər yüksəkdir.

Mövcud satış qiymətlərinə baxsaq, görərik ki, bu mineral suların satış qiyməti az qala dünya bazarındakı neftin qiymətilə eynidir. Nəzərə alsaq ki, neftdən fərqli olaraq, suyun istehsalı dəfələrlə daha rahat və ucuz başa gəlir, deməli, onun hər litrinin satışından əldə olunan qazanc da daha çoxdur. 

Onu da qeyd edək ki, bu suların təkcə Azərbaycanda deyil, xarici, xüsusilə də qonşu ölkələrdə də satışı təşkil olunub. Məlumat üçün bildirək ki, “Badamlı” sularını istehsal edən müəssisə 2004-cü ildə Talıbovlara aid “Gəmiqaya Mineral Sular” MMC şirkəti tərəfindən özəlləşdirilib. “Sirab” sularını istehsal edən müəssisə isə 2003-cü ildə “Babək-Sirab” ASC-yə çevrilib. “Badamlı” və “Sirab” sularının ölkədəki topdan və pərakəndə satışını da Talıbovlara məxsus “Gəmiqaya Mineral Sular” MMC həyata keçirir.

Məlum məsələdir ki, “Badamlı” və “Sirab” suları təkcə Naxçıvan deyil, bütünlükdə bir Azərbaycan brendidir. Onun mənbəyi isə Azərbaycana məxsus olan təbii sərvətimizdir. Neft və təbii qaz necə milli sərvətimizdirsə, “Badamlı” və “Sirab” da o cür milli sərvətdir. Ona görə də, ondan əldə olunan qazancın hansısa talançı məmurun cibinə axması yolverilməzdir.

Odur ki, lazım gələrsə, bu yataqları və oradakı istehsalı milliləşdirmək və dövlətin nəzarətinə vermək olar. Ən azından “Badamlı” və “Sirab” sularının Naxçıvanı və Azərbaycanın dövlət büdcəsini talamış Talıbovun nəzarətində qalması və bundan sonra da ona milyonlarla qazanc gətirməsi ədalətsizliyin davam etməsi demək olardı... “Azpolitika” 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam