Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

“Xocəsən” stansiyasının açılışı daşınmaz əmlakın qiymətinə nəcə təsir edəcək?

 

Xocəsən qəsəbəsində yeni metrostansiyanın açılması ətraf ərazilərdə satışa çıxarılan torpaq sahələri ilə yanaşı, fərdi evlərin və obyektlərin də qiymətinə təsir edib.

Yenixeber.org: Azərbaycan Qiymətləndiriclər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc sözügedən ərazidə qiymətlərdə dəyişiklik beş il öncə bu layihənin icrasına başlanılandan sonra qeydə alındığını bildirib.

Onun sözlərinə görə, “Xocəsən” metrostansiyasının sərnişinlərin istifadəsinə verildikdən sonra ərazidəki daşınmaz əmlakların qiymətlərində 20-25 % artım olacağı gözlənilir:

“Sözügedən stansiyayanın açılışı təkcə Xocəsən qəsəbəsində deyil, həm aşağı Sulutəpə adlanan əraziyə, həm də, Ekologiya postu və onun ətrafında yerləşən daşınmaz əmlakların qiymət artımına səbəb olub. Müsbət amillər ondan ibarətdir ki, bu metrostansiyanın açılışından sonra “Avtovağzal” stansiyasının yükü azalacaq, “20 Yanvar” metrostansiyası və “Şamaxinka” adlanan ərazilərdəki tıxaclar azalacaq. Yəni, “Xocəsən” metrostansiyanın açılışı bu ərazilərdə olan tıxacların azalmasına ciddi təsir edəcək”.

V.Oruc stansiyanın açılışının təkcə Xocəsən ərazisində deyil, həm də, nəqliyyat infrastrukturunun formalaşmasının ardından Müşfiqabad, Hökməli və Atyalı qəsəbələrində də yerləşən daşınmaz əmlakların qiymətlərinə təsir edəcəyini qeyd edib.

AQC-nin sədri hesab edir ki, qiymət artımı əsasən Sulutəpə və Xocəsən ərazisinə təsir göstərəcək: "Buna təkcə metrostansiyanın açılışı deyil, həm də ora gedəcək avtobusların təyin edilməsi təsir edir. Bunlar tənzimləndiyi halda Müşfiqabad, Hökməli və Atyalı ərazilərində də, müəyyən qiymət artımı müşahidə edilə bilər. Metrostansiya yaxınlığında nəqliyyat infrastrukturu normal şəkildə qurularsa, sözügedən ərazilərdə ciddi qiymət artımları olacaq. Metrostansiyanın açılışından sonra “Xocəsən” ərazisindəki torpaqlar 10-15 % civarında, kommersiya obyektləri 20-25 %, həmin ərazidə yerləşən fərdi yaşayış evləri isə 20 % bahalaşacağı gözlənilir. Sulutəpə ərazisində stansiyanın açılışından əvvəl torpaq sahələrinin sotu 1 000-2 000 manat idi, hazırda bu qiymətlər 3 000-3 500 manat civarında dəyişir”.

V.Oruc “Xocəsən” metrostansiyasının açılışının eyni zamanda “Sədərək” və “Binə” ticarət mərkəzlərinə gedişləri də asanlaşdıracağını və bu ərazidə yerləşən obyektlərində qiymətlərinin artacağını qeyd edib.

Qeyd edək ki, dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” stansiyasının və “Xocəsən” elektrik deposunun açılışı olub. Stansiya Lökbatan qəsəbəsi və “Sədərək” Ticarət Mərkəzi istiqamətindən hərəkət edən vətəndaşların nəqliyyat problemlərinin aradan qaldırılmasında mühüm rol oynayacaq.

Sərnişinlər "Avtovağzal" stansiyasından "8 Noyabr" stansiyasına, eləcə də "Xocəsən" stansiyasına gediş-gəliş həyata keçirə bilərlər. Bugünki dövr üçün ərazidə yaşayan sakinləri sayı nəzərə alınaraq qatarların ilkin intervalı 16 dəqiqə təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam