Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

2022-ci İLİN QAZANANLARI VƏ İTİRƏNLƏRİ... -“Türkiyə yaxşı nəticələr göstərdi, Putinə güvənənlər isə...”

Yenixeber.org: Bu barədə Britaniyanın “The Economist” nəşrində yayımlanan “2022-ci ilin qalibləri və məğlubları” adlı məqalədə bildirilir. 

Beş iqtisadi göstərici – Ümumi Daxili Məhsul (ÜDM), inflyasiya, inflyasiyanın həcmi, birjalar və dövlət borcu üzrə hazırlanan məqalədə ölkələrin cari ildə əldə etdikəri iqtisadi göstəricilər analiz edilib.

Sözügedən məqalənin tərcüməsini oxuculara təqdim edirik: “Yunanıstan, Portuqaliya və İspaniya iqtisadi baxımdan yaxşı nəticələr əldə etdilər. Siyasi xaosa baxmayaraq, İsrail də bu il yaxşı çıxış etdi.

Almaniya daxili sabitliyə nail olsa da, zəif nəticə göstərdi.

2010-cu ildə sürətli islahatlara görə, böyük rəğbət qazanan iki Baltikyanı ölkə- Estoniya və Latviya iqtisadi baxımdan Avropada sonuncu pillələri bölüşdülər.

Norveç (yüksək neft qiymətlərinə görə) və Türkiyə (Rusiya ilə ticarətə görə) əksər ölkələrdən daha yaxşı nəticələr göstərdilər.

İrlandiya da yaxşı bir il keçirdi. Dünyanın supergücü hesab olunan ABŞ isə cari ildə yaxşı nəticələr əldə edə bilmədi. ABŞ-da ÜDM-in göstəriciləri böyük ölçüdə zəiflədi.

Bu il dünyanın diqətindən kənarda qalan bəzi ölkələrdə kifayət qədər aşağı inflyasiya müşahidə olundu. Məsələn, İsveçrədə istehlak qiymətləri cəmi 3 faiz bahalaşdı.

İspaniya kimi qeyri-Rusiya enerji mənbələrinə malik olan ölkələr də orta səviyyədən daha yaxşı nəticələr əldə etdilər.

Vladimir Putinə güvənənlər isə həqiqətən əziyyət çəkməli oldular.

Latviyada bu il istehlak qiymətlərində 20 faiz artım qeydə alındı .

Bəzi ölkələr inflyasiyayla çox yaxşı mübarizə apardılar. Məsələn, İtaliyada inflyasiya 11 faizə yaxın olsa da, istehlak səbətinin yalnız üçdə ikisi hədəfdən yuxarı inflyasiyaya daxil oldu.

İngiltərə bu il böyük problemlər yaşadı. İstehlak səbətindəki məhsulların qiyməti sürətli şəkildə bahalaşdı.

Bəzi ölkələr yaşayış xərclərini ödəyə bilmək üçün böyük həcmdə vəsaitlər xərclədilər. Məsələn, Almaniya enerji xərclərinə qarşılaamaq üçün ÜDM-nin 7 faizi həcmində vəsait ayırdı.

2023-cü ilin proqnozların görə, ABŞ, Böyük Britaniya və Yaponiyada inflyasiya aşağı düşəcək. ENerji baxımından Rusiyadan asılı olan ölkələrin 2023-cü ildə də problemlə üzləşəcəyi təxmin edilir”. “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam