Yenixeber.org: "Teleqraf" nəşri bəzi Avropa şirkətlərinin necə biznes maraqlarını öndə tutmasına dair bir neçə nümunəni göstərib.
Məsələn, qeyd edilir ki, quru maya istehsalçısı olan "Saf-Moment", Fransanın Lesaffre şirkətinin Ukraynada cəmi bir müəssisəsi olduğu halda, fransızlar Rusiyada dörd zavoda sahibdirlər.
“Tamamilə məntiqli sual yaranır: onlar Rusiya bazarını tərk edəcəklərmi?”, - müəllif oxuculara sual ünvanlayıb.
Həmçinin yazıda fransız şirkətinə başqa bir haqlı sual da qoyulub: “Heç kimə sirr deyildi ki, Xersonun işğalından sonra yerli bazarlarda və çörəkbişirmə müəssisələrində mayaların əsas tədarükçüsü "Angel yeast" (Lipetsk vilayətində istehsal müəssisələri olan Çin maya nəhəngi - red.) və LeSaffre şirkətləri oldu. Eyni vəziyyət müvəqqəti işğal olunmuş Krımda da yarandı. Onlar bu ərazi vasitəsilə həyasızcasına Xerson vilayətinə məhsul idxal edərək, “öz torpaqlarında” inamla pul qazanırlar. Yaxşı, Çinin siyasətinə təəccüblənmirik, bəs dünya lideri Lezaffre?".
Araşdırmalar onu da göstərib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin əksər hissəsini uğurla azad etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəsmi videolarında rus əsgərlərinin ərzaq bağlamalarından LeSaffre-nin istehsal etdiyi "Saf-Moment" məhsulları çıxırdı.
“Rusiyalı hərbçilərin səngərlərdə mayaya hansı səbəbdən ehtiyac duymaları hələlik məlum deyil. Amma fakt odur ki, fransız istehsalçısı Avropa istehsalçıları üçün əsas olan bütün mənəvi və etik davranış sərhədlərini keçib”, – jurnalist yazıb.
Araşdırma müəllifləri onu da yazıblar ki, Lesaffre şirkəti Krivoy Roqdakı zavoddan əlavə, Ukraynada fəaliyyət göstərən, sahibləri müharibə səbəbindən maliyyə problemi ilə üzləşmiş müəssisələrdən birini də ala bilər.
"Xatırladaq ki, müharibədən əvvəl Lesaffre eksklüziv Avropa satış mədəniyyətini təbliğ edirdi və "bahalı" satışlar həyata keçirməyəcəyinə çalışırdı. Müharibə zamanı şirkət Ukrayna maya istehsalçıları üçün yaranmış çətin maliyyə vəziyyətindən açıq şəkildə istifadə edir və bazardakı payını fəal şəkildə artırır ki, qiymətləri saxlasın. Nə üçün? Məqsəd bəllidir. Krivoy Roqda olan Lesaffre qeyri-sabit vəziyyətdən istifadə edərək, Ukrayna bazarının əhəmiyyətli hissəsini zəbt etməyi planlaşdırır”, – müəllif yazır.
Fransızlar Ukraynaya necə xəyanət edirlər? -ARAŞDIRMA
Rusiyanın Ukraynada başlatdığı müharibədən sonra xeyli sayda xarici şirkət rus bazarlarını tərk etdi. Dəyərlərin çox vaxt puldan daha vacib olduğunu göstərən bu brend və şirkətlər gedişləri ilə hərbi kampaniyanın zəifləməsinə töhfə vermiş oldular. Bununla belə, elə istehsalçılar da var ki, bazarda qalaraq rus məhsulları ilə rəqabət aparmaq? əlavə gəlirlər əldə etmək istəyirlər.