Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Ağdamdan dünyaya və xalqa verilən mesajlar -Prezidentdən açıq mövqe

Ağdamdan dünyaya və xalqa verilən mesajlar  - Prezidentdən açıq mövqe

Prezident İlham Əliyevin 28 mayda – Respublika Günündə Ağdama səfəri, bu şəhərin bərpasının əsasını qoyması həm tarix baxımından, həm də orada verilən mesajların fonunda çox böyük hadisədir: Respublika Günündə Azərbaycanın işğaldan azad edilmiş şəhərində quruculuq-abadlıq işlərinin təməli qoyulur və Prezident çıxışında deyir: “Elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq”...

Yenixeber.org: Təbii, Ağdam xüsusi plan üzrə qurulacaq. Ali Baş Komandan deyib ki, işğaldan azad olunmuş bütün ərazilər Baş plan əsasında bərpa olunacaq. Ağdam şəhərinin Baş planı təsdiq ediləcək və şəhər planlı şəkildə yenidən qurulacaq.

Cəmiyyətdə, sosial şəbəkələrdə belə gileylər vardı ki, Qarabağın yenidən qurulması prosesində yerli əhalinin də rəyi alınmalıdır, onların doğma yurdlarını necə görmək istəməsini də önəm verilməlidir. Bu amil qətiyyən diqqətdən kənarda qalmayıb, narahatlığa ehtiyac duyulmur. Prezident Ağdamda bəyan etdi ki, rayonunun tanınmış şəxsləri Baş Planla tanış olacaq və onların təklifləri də nəzərə alınacaq.

0a361495-33c7-3403-93ea-06d02e26d8fa_850.jpg (132 KB)

Qısaca olaraq qeyd edək ki, Prezidentin səfəri zamanı Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyuldu. Gələcəkdə burada iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyuldu. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, gələcəkdə bəlkə də minlərlə insan işlə təmin ediləcək. Habelə, həmin gün Bərdə-Ağdam avtomobil yolunun təməli qoyuldu və artıq yaxın gələcəkdə yol istismara veriləcək. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilir. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. 28 mayda şəhərdə böyük meşə sahəsinin təməli qoyuldu. Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Burada süni göl yaradılacaq, kanallar, körpülər inşa olunacaq.

DSC_1078.JPG (1.30 MB)

Prezident xatırladıb ki, bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq...

Dövlət başçısı bu səfərdə erməni vandalizmini bir daha xatırladıb: “ Azad etdiyimiz bütün ərazilərdə erməni vandalizminin izləri qalıb. Ermənilərin törətdikləri cinayətlər artıq bütün dünyaya bəllidir: Xocalı soyqırımı, digər kəndlərimizin sakinlərinin qətlə yetirilməsi, şəhərlərimizin dağıdılması. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü”...

Əlbəttə, qarşıdakı müddətdə Ermənistan Azərbaycan ərazilərini bu cür vandalcasına dağıtdığı üçün beynəlxalq məhkəmələr qarşısında da cavab verəcək, təzminat tələb olunacaq. 30 il ərazində Qarabağı dağıdan, evləri, obyektləri söküb satan, tarixi-mədəni abidələri, məscidləri yerlə-yeksan edənlər bunun bədəlini ödəyəcəklərini unutmasınlar.

Prezident onu da bəyan edib ki, rəsmi İrəvanın işğalçı siyasəti Ermənistanın “dalan” dövlətinə çevrilməsinin əsas səbəbidir: "30 il ərzində ermənilər dövlət qura bilmədilər. Deməli, bu xalq dövlət qura bilmir, ancaq başqa böyük dövlətlərin çərçivəsində yaşaya bilir. O böyük dövlətlərin imkanlarından istifadə edib, orada özü üçün həyat qura bilər. Otuz il ərzində bunların unikal şansı var idi – əgər bu işğal olmasaydı, əgər düşmənçilik olmasaydı, əgər bu vəhşilik ermənilər tərəfindən xalqımıza qarşı törədilməsəydi, bu gün bəlkə də Ermənistan da müstəqil dövlət kimi yaşaya bilərdi. Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar – indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir”.

Necə deyərlər, özü yıxılan ağlamaz. Ermənistan özünü işğalçılıq çıxılmaz duruma salıb ki, indi özlərini yazıq görkəmdə təqdim etmək hiyləsinə əl atırlar. Bundansa, reallıqları heç olmasa bundan sonra dərk etsinlər...

***

Prezident Ağdamda çıxışında bir daha dünya birliyinin, müxtəlif güclərin, beynəlxalq qurumların Qarabağ münaqişəsi mövcud olduğu dönəmdə - 2020-ci ilin payızınadək, danışıqlar prosesində ikili standartlar tətbiq etmələrinə, ədalətsiz davranışlara diqqət çəkib: “Azərbaycan münaqişənin sülh və diplomatik üsullarla həll olunması üçün bütün lazımi addımları atmışdır. Azərbaycan çalışırdı ki, münaqişəni sülh yolu ilə həll etsin. Ölkəmizin vətəndaşları yaxşı bilirlər ki, sülh danışıqları, sadəcə olaraq, status-kvonun əbədi olmasına istiqamətləndirilmişdi. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olan vasitəçilər 30 ilə yaxın davam edən danışıqlar müddətində aqressora – işğalçıya təzyiq göstərmədilər, onları məcbur etmədilər, onlara sanksiyalar tətbiq etmədilər. Açıq-aydın demədilər ki, işğalçı qüvvələr Azərbaycan torpağından çıxmalıdır...

Rəsmi İrəvan 30 ilə yaxın bir müddət ərzində yalnız təxribatlarla məşğul olub. Ermənistan rəhbərliyi açıq-aydın bildirirdi ki, bu torpaqların bizə qaytarılması mümkün deyil. Belə olan halda faktiki olaraq danışıqlar prosesinə son qoyuldu. Bütün danışıqlar dövrü – 2003-cü ildən son hadisələrə qədər Azərbaycan xalqı bütün proseslərin şahidi olub...”

Prezident bir daha bəyan edib ki, ədalətsiz davranışlar, mənasız sülh danışıqları və ermıni təxribatları sonda Azərbaycanı əks-hücuma keçib, torpaqlarını azad etmək – müharibə variantına əl atmağa vadar edib: “Azərbaycanın mövqeyi bir çox hallarda vasitəçilər tərəfindən birmənalı qarşılanmırdı. Bəzi ermənipərəst qüvvələr bizi günahlandırmağa çalışırdılar. Sanki biz aqressoruq, sanki biz işğalçıyıq. Ona görə də biz hər zaman deyirdik ki, əgər məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Xüsusilə keçən ilin iyul, avqust, sentyabr aylarında Ermənistan dövlətinin bizə qarşı hərbi təxribatları nəticəsində baş vermiş hadisələr artıq müharibəni qaçılmaz etmişdi”.

Prezidentin çıxışında diqqəti xüsusi cəlb edən məqam Azərbaycanın Böyük Qələbəsi ilə bağlı mesajları, şərhləridir.

Azərbaycan rəhbəri deyib ki, Böyük Qələbə sayəsində bütün dünya ölkəmizin gücünə şahidlik etdi. Dövlət başçısı bu möhtəşəm zəfəri şərtləndirən amilləri xüsusi vurğulayıb: “Uğurlarımızın əsasında güclü dövlət və müstəqil siyasət dayanır. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü və müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi.

Artıq bütün dünya Azərbaycanın gücünü gördü. 44 günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. 44 günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq. Düşmən müharibənin son mərhələsində panikaya, isterikaya qapılaraq öz məğlubiyyətini artıq dərk etməyə başlamışdı.

Azərbaycan müharibə dövründə də özünü məsuliyyətli ölkə kimi apardı. Biz müharibə dövründə də özümüzü ləyaqətlə aparmışıq və müharibənin bütün qaydalarına riayət etmişik. Məhz buna görə Ermənistan tərəfində mülki vətəndaşlar arasında itkilər həddindən artıq azdır. Biz ancaq işğalçı orduya qarşı mübarizə aparmışıq, müharibə aparmışıq. Dinc əhaliyə qarşı heç vaxt müharibə aparmamışıq. Ermənilərdən fərqli olaraq, soyqırımı törətməmişik və digər hərbi cinayətlər törətməmişik”...

Bəli, müşahidələr onu göstərir ki, Qələbəmizdən sonra dünyanın bir sıra güclərinin Azərbaycana münasibəti dəyişib. Bunu ən müxtəlif məsələlərdə görür, şahidi oluruq. Bütün dünya dərk edir ki, Azərbaycan ərazicə, əhali sayına görə böyük dövlətlər sırasında olmasa da, sözü, yeri və çəkisi BÖYÜKDÜR! Qələbəmiz bizim dünyadakə nüfuzumuzu maksimum artırıb, artıq bizimlə heç kim təzyiq, təhdid tonunda danışa da bilməz.

Prezident həmişə olduğu kimi, əsasən gələcəyə yönəlik açıqlamalar verir. Keçmişdən yox, perspektivlərdən bəhs edib: “Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək. Xalqımız üçün torpaqlarımızın işğaldan azad edilməsi ümummilli məsələdir və heç vaxt biz bu vəziyyətlə barışmadıq və bunu açıq bəyan edirdik. İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini göstərdi, bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaqdır. Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, qürur hissi ilə yaşayacaq”.

Və nəhayət, Prezident Ermənistanda revanşist xəyallara qapılan, son günlərdə növbəti təxribatlar törədən, terror cəhdləri edənlərə sərt xəbərdarlıq edib.

Azərbaycan Ordusunun qüdrətini, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində 44 günlük müharibənin öyrənildiyini xatırladan dövlət başçısı deyib: “Bütün təxribatlara adekvat cavab veriləcəkdir. Əfsuslar olsun ki, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. Əgər xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə olarsa, dərhal yerindəcə düşməni məhv edəcəyik. Onlar da bizim gücümüzü bilirlər və görürlər. Ona görə son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı”.

prezident_agdam_berpa_280521_4.jpg (99 KB)

Ekspertlərin qənaətincə, bu, Azərbaycan Prezidentinin Ermənistana və onun havadarlarına son xəbərdarlığıdır. Bugünədək məğlub ölkə ilə humanist davranılıb. Ancaq onlar bu humanizmdən sui-istifadə edərək, alçaq addımlar atır, terror cəhdlərində bulunurlar. Bundan sonra humanizm olmayacaq, bunu Ermənistanda hər kəs fərq etməlidir. Dünyadakı ermənipərəstlər də bunu ermənilərə başa salmalıdırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam