Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Bakıda olmayan tramvay Ağdamda fəaliyyət göstərəcək” -RƏY

“Bakıda olmayan tramvay Ağdamda fəaliyyət göstərəcək” - RƏY

Ağdam, Şuşa və işğaldan azad edilən digər şəhər, qəsəbə və kəndlərimiz planlaşdırılan və Prezidentə təqdim olunan şəkildə qurulsa, Qarabağa qayıdışın sürətlənəcəyinə inanıram. Dünənki təqdimatdan aydın oldu ki, Ağdam həm ərazisinə, həm də əhalisinə görə əvvəlkindən daha böyük rayona və şəhərə çevriləcək.

Yenixeber.org: Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Dünən Ağdamda prezidentin iştirakı ilə keçirilən təməlqoyma mərasimindən söz açan politoloq şəhərin yenidən qurulması işlərinin sürətlə davam etdiyini qedy edib:

“Misal üçün Bakıda olmayan tramvay Ağdamda fəaliyyət göstərəcək. Ağdamda Sənaye Parkının bünövrəsi də qoyuldu. Bu, çox vacibdir, Ağdama 100 min insan qayıdacaqsa, onların məşğul olacaqları sahələr indidən müəyyənləşdirilməlidir. Təhlükəsizlik tədbirlərinin həyata keçirilməsiylə paralel Qarabağa 800 minlə 1 milyon civarında insanın qayıdışının təmin edilməsinin Azərbaycan üçün böyük geosiyasi, iqtisadi və hərbi nəticələri olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam