Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qaragöl sovet xəritələrində kimin ərazisinə düşür? –İki xəritədəki fərq

Qaragöl sovet xəritələrində kimin ərazisinə düşür? – İki xəritədəki fərq

Sovet dövrü xəritələrində ermənilərin Syunik dediyi Zəngəzurda  Azərbaycan-Ermənistan sərhədinin haradan keçdiyi aydın görünmür. Sovet hərbi xəritəsində bu ərazi Azərbaycana, sovet topoqrafik xəritəsində isə Ermənistana aid göstərilir. Bu haqda “Eurasiareview” portalında amerikalı təhlilçi Pol Qobl son bir həftədə sərhəddə yaranmış gərginlikdən yazır.

Yenixeber.org: Ermənistan iddia edir ki, Azərbaycan hərbçiləri onun ərazisinə doğru bir neçə kilometr irəliləyib. Azərbaycan isə bu fikirləri rədd edir, sadəcə, demarkasiya işi aparıldığını, hərbi qüvvələrin mövqelərini tutduğunu bildirir.

Qobl yazır ki, 1991-ci ildən, yəni, Sovet İttifaqı dağılandan heç bir xəritə hazırlanmayıb, Bakıyla Yerevan isə Qarabağ münaqişəsindən dolayı sərhədlərin delimitasiya və demarkasiyasını aparmayıb. İndi isə Yerevan Azərbaycanın “müdaxiləsi”ni önləməkdən ötrü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və Rusiya Prezidenti Vladimir Putindən kömək istəyib.

Moskvadakı Müqəddəs Tixon Humanitar Elmlər Universitetindən coğrafiyaşünas Aleksey Gunya deyib ki, Qaragöl (ermənicə Sev liç) məsələsində Ermənistan haqlı tərəfdir, gölün böyük hissəsi onun ərazisinə düşür. Amma o, iki ölkənin dəqiq sərhədlərinin müəyyənləşdirilməsinin çətinliyini də etiraf edir.

“Son müharibəyə qədər bu ərazi Azərbaycanın nəzarətində deyildi. SSRİ Baş Qərargahının 1: 1.000.000 nisbətində xəritələrinə görə, göl Azərbaycanın ərazisindədir. Ancaq 1:100.000 nisbətində sovet topoqrafik xəritəsində gölün 80 faizi Ermənistanın sərhədləri daxilindədir”, – o vurğulayıb.

Məqalədə deyilir ki, Ermənistan tərəf topoqrafik xəritəyə, Azərbaycan isə sovet Baş Qərargahının xəritələrinə üstünlük verir. Moskva Şərqşünaslıq İnstitutunun direktor müavini Aleksandr Skakov isə qeyd edib ki, “sərhədləri müəyyənləşdirməyə imkan verəcək sovet xəritəsi yoxdur”.

Rusiyada çıxan “Kommersant” qəzeti isə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana istinadla yazır ki, Rusiya Baş Qərargahı ilə Ermənistanın sovet dövrü xəritələri tamamilə üst-üstə düşür.

“Bu xəritələrdə dəqiq göstərilir ki, Azərbaycan hərbçiləri Ermənistanın ərazisindədir. Burada ikinci fikir ola bilməz. Azərbaycan hərbçiləri bizim ərazilərdən çıxmalıdırlar”, – o vurğulayıb.

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ötən həftə Azərbaycanın hansısa “saxta xəritələrə” istinad etdiyini deyirdi.

Azərbaycan prezidenti İlham Əliyev isə mayın 17-də deyib ki, “hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır. Sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir".

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib. /Azadliq.org

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam