Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Həmin torpaqlar SSRİ dağılarkən geri qaytarılmayıb..." —Putinin mesajı işğalçı Ermənistana idi?

 

 

 Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rossiya 1 kanalında yayımlanan “Moskva. Putin. Kreml” proqramının efirindən maraqlı bəyanat verib.
 Yenixeber.org: Xarici media xəbər verir ki, Putinin bu açıqlaması bir sıra keçmiş SSRİ ölkələrində maraqla qarşılanıb. 


Putin qeyd edib ki, Sovet İttifaqının tərkibinə qatılmış respublikaların bir çoxuna həmin təşkilatdan ayrılan zaman geniş ərazilər bəxş edilib. 


Onun sözlərinə görə, həmin torpaqlar SSRİ dağılarkən geri qaytarılmayıb:


“Əslində, həmin respublikalar SSRİ-nin tərkibindən çıxanda bu torpaqları geri qaytarmalıydılar, özləri ilə rus xalqının hədiyyəsini də dartıb aparmamalı idilər”.


Vladimir Putin məhz hansı respublikaları və hansı torpaqları nəzərdə tutduğunu deməyib. Sadəcə qeyd edib ki, Sovet İttifaqı yaradılarkən həmin respublikalara ittifaqın tərkibindən çıxmaq hüququ verilsə də, çıxışın prosedurları barədə qeydlər edilməyib.


Ancaq Rusiya prezidentinin bu açıqlaması Ermənistan ictimaiyyətində rezonans doğurub. Bu da gözlənilən idi. Çünki Ermənistan SSRİ-nin tərkibinə qoşulan zaman Azərbaycanın tarixi torpaqları hesabına ərazisini genişləndirib. 

 

Əslində, Putinin bu açıqlama birbaşa işğalçı Ermənistana mesajdır.(demokrat)


Elçin Rizvanoğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam