Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Cahangir Əsgərov Azərbaycan xalqına bir də BELƏ ZİYAN VURUR -FAKT BUDUR!

 

Türk Hava Yollarına məxsus olan aşağıbüdcəli “Anadolu Jet” aviaşirkəti 11 aprel – 31 may 2021-ci il tarixlərində Türkiyədən xarici ölkələrə səfər etmək istəyən şəxslər üçün ucuz bilet satışı elan edib.
Yenixeber.org: “Anadolu Jet” aviaşirkəti 40 dollardan başlayan ucuz biletləri əldə etmək üçün yalnız 3 gün (28-30 mart 2021) vaxt ayırıb.

“Anadolu Jet” aviaşirkəti ayrı-ayrı ölkələr üçün biletlərin qiymətini də açıqlayıb. Siyahıda ən bahalı bilet İstanbul-Bakı və Ankara-Bakı aviareysi üçün nəzərdə tutulub. İstanbul və Ankaradan Bakıya təyyarə ilə gəlmək istəyənlər aviabilet üçün 241 dollar ödəməlidilər.
Müqayisə üçün qeyd edək ki, İstanbuldan qonşu Gürcüstana (Tbilisi) getmək istəyənlər 59 dollar ödəməli olacaqlar. Bundan başqa Ankaradan Rusiyaya (Moskva) aviabiletin qiyməti 104 dollar, Ukraynaya (Kiyev) isə 40 dollar təşkil edir.
Məsələ ilə bağlı “Anadolu Jet”dən Yeniavaz.com-a açıqlama verilib. Bildirilib ki, bilet qiymətləri arasındakı fərq, ölkələrin buna görə tətbiq etdiyi vergidən qaynaqlanır: “Bu kampaniyalar sadəcə bilet qiymətlərini yox, vergiləri də əhatə edir. Bəzi ölkələrin vergisi çox aşağı olduğu halda, bəzi ölkələrin vergiləri çox yüksəkdir. Buna görə də bilet qiymətləri avtomatik olaraq daha yüksək olur. Bilet qiymətlərinə, bilet qiymətləri ilə bağlı dövlətlərarası və AZAL ilə bağlanan müqavilələr də təsir göstərir”.
"Anadolu Jet"in təqdim etdiyi aviabiletlərin qiymətini təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam