Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Tərtər işi: şantaj, işgəncə, qətl…-MÜSAHİBƏ

 

 

Yenixeber.org: Son günlər yerli mediada və sosial şəbəkələrdə İkinci Qarabağ Müharibəsinin qəhrəmanlarına qarşı ittihamlar və onların həbsi barədə xəbərlər yayılır. Yerli mediada isə həmin hərbçilərin ailə üzvlərinin prezidentə və digər rəsmi şəxslərə müraciəti dərc olunur. Və baş verən bu həbslərin fonunda bir çox ictimai-siyasi şəxslər 2016-cı il aprel hadisələrindən sonra baş vermiş “Tərtər işi”nin təkrarlana biləcəyi ehtimalını irəli sürürlər.Baş verənlərlə bağlı hüquq müdafiəçisi, Bakı İnsan Hüquqları Klubu İctimai Birliyinin təsisçilərindən biri Rəsul Cəfərov ASTNA-ya danışıb.

                                         ***

-Rəsul bəy, nə baş verir? Bu müharibədə iştirak etmiş hərbçilər niyə həbs olunur? Tərtər olayı təkrarlana bilərmi?

 

-Bu günə olan məlumat ondan ibarətdir ki, Vətən Müharibəsində döyüşmüş yalnız iki nəfər – Ziya Kazımov və Aydın Ağazadə cinayət məsuliyyətinə cəlb edilib. Müharibədən sonra Ağazadə müharibədən əvvəl ittiham edildiyi iş üzrə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və hazırda Baş Prokurorluq cəzanın yüngülləşdirilməsi üçün protest təqdim edib. Ziya Kazımovun barəsində isə 9 noyabr 2020-ci il tarixində Bakı Hərbi Məhkəmənin qərarı ilə həbs qəti-imkan tədbiri seçilib. Sosial şəbəkələrdə də əsasən bu şəxsin həbsi və onun yaxınlarının müraciətləri barədə məlumatlar yayılıb. Maraqlı məqam ondan ibarətdir ki, Z.Kazımov məhz “Tərtər işi” ilə əlaqədar həbs edilib, 5 may 2017-ci il tarixində istintaq onu Ermənistan Respublikasının xüsusi xidmət orqanları tərəfindən ələ alınmaqda şübhəli bilinən leytenant Adil Teyran oğlu Sabirlinin  fiziki zorakılığa məruz qalaraq öldürülməsində ittiham edir. Amma Z.Kazımov və onun müdafiəçiləri bu ittihamı birmənalı rədd edirlər və işin bu günə olan xüsusiyyətləri ondan xəbər verir ki, ittihamda şübhəli məqamlar çoxdur. Birincisi, həbs qətimkan tədbiri ciddi şəkildə əsaslandırılmayıb, qərar bu tədbirin seçilməsi üçün zəruri olan əsaslı şübhə kriteriyalarına cavab vermir. İkincisi, leytenant Adil Sabirliyə qarşı törədilmiş cinayətlə bağlı artıq qanuni qüvvəyə minmiş məhkəmə hökmü var və Z.Kazımov həmin iş üzrə şahid kimi keçir. Üçüncüsü, Z. Kazımov 5 may 2017-ci ildən sonra hərbi hissənin komandiri vəzifəsinə qədər yüksəlib, təltif edilib, Vətən Müharibəsində fəal iştirak edib, amma bütün bu müddətdə ona heç bir ittiham irəli sürülməyib. Müharibədən dərhal sonra isə bu ittihamın niyə irəli sürüldüyü həbs qətimkan tədbiri haqda qərardan və bu iş üzrə istintaq orqanı olan Hərbi Prokurorluğun təqdimatından aydın deyil. Ona görə də biz hesab edirik ki, bu məsələ ciddi araşdırılmalı, dəqiqləşdirilməmiş, cavabsız məqamlar olduğu üçün Z.Kazımovun barəsində daha yüngül qətimkan tədbiri seçilərək bu araşdırma davam etməlidir.

-44 günlük müharibə bizi bir çox prosesləri izləməkdən uzaq saldı. O cümlədən də Tərtər işi prosesindən. Həmin hadisələrə kiçik ekskurs edək. Tərtər işi necə baş vermişdi?

-2017-ci ilin may ayında bir qrup hərbçinin həbs edilərək uzun müddətə azadlıqdan məhrum edilməsi ilə nəticələnmiş şərti olaraq “Tərtər işi” adlandırılan cinayət işində çoxsaylı fundamental ziddiyyət və pozuntular mövcuddur. Bu nəticəyə gəlmək üçün hüquq-müdafiə təşkilatlarının istifadə etdiyi metodoloji üsullardan istifadə olunub. Uzun müddət sürən araşdırmalar və analizlər rəsmi sənədlərin (ittiham aktları, məhkəmə hökm və qərarları, ekspertiza rəyləri və s.) tədqiqi, öldürülmüş və həbs edilərək azadlıqdan məhrum edilmiş şəxslərin yaxınlarının ifadə və məlumatlarının, o cümlədən mətbuat və sosial şəbəkələrdə yayılmış xəbər və vizual materialların qiymətləndirilməsi, yuxarı instansiya məhkəmələrinə verilmiş şikayətlərin öyrənilməsi, hüquqşünas rəylərinin alınması kimi fəaliyyətlərdən əldə edilmiş nəticələrə əsaslanır. İş üzrə materiallar və xüsusatlar çox olduğu üçün statistik məlumatların dəqiqləşdirilməsini davam etdiririk. Lakin bu gün dəqiq deyə bilərik ki, xəyanət ittihamı ilə ən azı 25 hərbçi həbs edilərək azadlıqdan məhrum edilib. Onlardan 11 nəfəri bir qrup, 7 nəfər başqa bir qrup, 4 nəfər üçüncü qrup halında, 3 nəfər isə fərdi şəkildə mühakimə edilib.

-Həmin şəxslər nədə ittiham olunurdular? Və bu prosesdə hansı pozuntular var idi?

-Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin 07 may 2017-ci il tarixli birgə bəyanatının ilk məlumatı ondan ibarət idi ki, məxfi əməkdaşlığa cəlb edilmiş şəxslər arasında təkcə hərbi qulluqçular deyil, həm də mülki vətəndaşlar var. İş üzrə əldə edilən ittiham aktları və məhkəmə hökmlərindən isə görünür ki, heç bir mülki şəxs nəticə etibarilə dövlətə xəyanət ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilməyib. Həbs olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin hamısı əsgər, gizir və zabit olmaqla hərbçilər olublar.

Birgə bəyanatdan növbəti sitat: “Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin qarşısı alınıb…”

Birgə bəyanatda terror və təxribatların təkcə cəbhəyanı ərazilərdə deyil, ölkəmizin paytaxtı Bakı şəhərində də törədiləcəyi ilə bağlı iddia ortaya qoyulur və bu məqam müvafiq olaraq həbs edilmiş şəxslərə qarşı irəli sürülmüş ittihamlada da öz əksini tapmalı idi. Amma biz ittiham aktları və hökmlərdə nə görürük? Təqsirləndirilən və sonradan məhkum edilmiş şəxslərin heç birinə qarşı Bakıda hansısa terror və təxribat hadisəsinin törədilməsi, ona hazırlıq, yardım etmə və planlaşdırma ilə bağlı ittiham irəli sürülməyib.

Birgə bəyanatdan daha bir sitat: “Bir qrup hərbi qulluqçu və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər”.

Rəsmi sənədlərdən isə görünür ki, əksər epizodlar üzrə istintaq orqanı kimi çıxış edən Hərbi Prokurorluq hərbçilərin məxfi əməkdaşlığa cəlb olunması üçün pul və ya digər formada ödənişləri deyil, həmin hərbçilərin düşmən tərəfindən zorlanmaya məruz qalaraq bu aktın video görüntüsünü yaymaqla şantaj edilməsini əsas kimi göstərib. Yalnız bir neçə epizodda məxfi fəaliyyət nəticəsində pul vəsaitinin ödənilməsi ilə bağlı xüsusatlar olsa da burada da ilkin olaraq həmin hərbçilərin şantaj edilməsi nəticəsində ələ alındığı xüsusi vurğulanıb. Göründüyü kimi, birgə bəyanatda şantaj edilmə ilə bağlı heç bir qeyd olmasa da cinayət işləri məhz bu əsasın üzərindən qurulub.

-Ola bilərmi kimlərsə bu hadisələrin baş verməsində maraqlı olsun? Yəni, bu kimi hadisələrin görünməyən üzündə, pərdə arxasında hansı məqsədlər dayana bilər?

-Bu hadisənin motivini müəyyən etmək çətindir, əslində bunu istintaq orqanı əsaslandırılmış şəkildə etməliydi. Nəzəri olaraq, bəli, bu hadisələrin baş verməsində maraqlı olan tərəflər ola bilər. Məqsəd əsl cinayətkarları gizlətmək və ya sadəcə, Azərbaycan Ordusuna zərbə vurmaq, daha konkret desək fəallıq nümayiş etdirmiş və fərqlənmiş hərbçiləri cəzalandırmaqla döyüş ruhuna xələl gətirmək, yaxud tamamilə başqa bir məqsəd ola bilər. Amma bütün bunlar hələ ki spekulyativ və konspiroloji versiyalar olaraq qalır. Əsl səbəbi anlamaq üçün araşdırmalar aparılmalıdır. Mən hesab edirəm ki, xüsusi xidmət orqanları bu işdə fəal rol oynamalıdır.

-Məsələnin iki tərəfi var. Dövlətin təhlükəsizliyi və eyni zamanda günahsız insanlar. Necə etmək olar ki, dövlətin təhlükəsizliyi üçün günahkarlar cəzalandırılsın, günahsızlar isə ittiham olunmasın. Yəni, necə etmək lazımdır ki, bu kimi proseslər ədalətli aparılsın? Bunun üçün çatışmazlıqlar nədən ibarətdir?

-İlk növbədə onu qeyd edim ki, günahsız insanların həbs edilərək azadlıqdan məhrum edilməsi, xüsusən də bu, nadir işlərdə deyil, çoxsaylı işlərdə baş verdikdə dövlət təhlükəsizliyi üçün bir təhdiddir. Bu halların qarşısını almaq və ya ən azından minimuma endirmək üçün istintaq və məhkəmə müstəqilliyi ilə bağlı islahatlar aparılmalıdır. Daha peşəkar şəxslərdən ibarət ola biləcək vahid istintaq orqanı yaradıla bilər, nöqsanlara yol vermiş müstəntiq və hakimlərlə bağlı ciddi tədbirlər görülə bilər, işlərin yenidən araşdıırlması təmin oluna bilər və s. Bu addımları atmaq çox vacibdir ki, istintaq və sonradan məhkəmə araşdırmaları daha ədalətli şəkildə aparılsın.

 

Tərtər işi. 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər.

Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başladı. Hüquq müdafiəçisi Oktay Güləliyevin dediyinə görə, kütləvi həbslərin ilk aylarında nə ictimaiyyət, nə də hüquq müdafiəçiləri baş verənlər barədə heç nə bilmədilər.

Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və ən azı doqquzu işgəncədən ölmüşdür. Xüsusilə təqaüddə olan podpolkovnik Saleh Qafarov "əllərini və ayaqlarını bağlayıb, suda batırmış, cərəyan vermiş, dırnaqlarını çıxartmış, çənəsini sındırmış və əlləri bağlı insanı ikinci mərtəbədən atmışdılar. Bunu məhkəməyə onun həyat yoldaşı eşitdiklərindən bildirmişdir. Bundan sonra komaya düşənə qədər işgəncə verməyə davam etmişdilər. Keçmiş bölük komandiri, kapitan rütbəsi olan Vaqif Abdullayevin dediyinə görə o, ac saxlanılmış, çılpaq vəziyyətdə üzərinə soyuq su atılmış, elektşok ilə işgəncə verilmişdir, sonra isə ordudan qovulmuşdur.

Hüquq müdafiəçisi Oktay Gülalıyevin sözlərinə görə, doqquz hərbçi işgəncələrə dözə bilməyərək ölmüş, onlardan beşinə belə cinayət işi açılmamışdır. Mediada yayılan məlumatlara görə, hazırda ən azı 25 hərbi qulluqçu həbsxanadadır, onlar dövlətə xəyanət, yüksək rütbəlilərə hücum və bir çox digər ittihamlarla həbsxana həyatı yaşamaq məcburiyyətindədir. Sonradan öldürülənlərdən dörd nəfərinə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam