Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cəbhəçi gənclər saxlanıldı

 

   Avqustun 18-də AXCP Şəki şöbəsinin fəalları saxlanıb.

"Xeberinfo.com": Bu haqda Azadlıq Radiosuna partiyanın Gənclər Komitəsinin sədri İlham Hüseyn məlumat verib. 

Saxlananlar şöbənin sədri Əli Abdullayev, şöbənin məclis sədri Rauf Əbdürrəhmanlı və məclis üzvü Mübariz Əbdülkərimovdur. İlham Hüseyn fəalların avqustun 17-də Şəki şəhərində keçirilən «flashmob»a görə saxlandıqlarının ehtimal olunduğunu bildirir: «2 saatdır ki, Şəki şəhər Polis İdarəsindədirlər. Onları dindirirlər. Ehtimal var ki, dünənki «flashmob»a görədir. Başqa nə ola bilər? Hamı bilir ki, belədir. Hazırda idarənin qarşısına cəbhəçilər yığışıb. Nəticəni gözləyirlər».

Şəki Şəhər Polis İdarəsindən fəalların saxlanması ilə bağlı məlumata aydınlıq gətirmək istəmədilər.

AXCP Gənclər Komitəsi Şəki Şöbəsinin sədri İslam Həsənov da saxlanıb. Bu haqda AzadlıqRadiosuna komitənin sədri İlham Hüseyn məlumat verib. Onun da avqustun 17-də keçirilən «flashmob»la bağlı saxlandığı ehtimal olunur. Avqustun 17-də Şəki şəhərində ictimai fəallar həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun doğum günü ilə bağlı «flashmob» keçirib.

Aksiya zamanı ictimai fəalların əllərində Rəsul Cəfərova Azərbaycan, ingilis və rus dillərində ünvanlanan təbrik müraciətləri olub.

Hüquq müdafiəçisi Rəsul Cəfərov avqustun 2-də həbs istintaqa çağırılıb və elə həmin gün barəsində 3 aylıq həbs qərarı verilib. O, vergidən yayınmada, səlahiyyət həddini aşmada və qanunsuz sahibkarlıqla məşğul olmada ittiham olunur.

Rəsul Cəfərov ittihamları rədd edir, həbsini insan hüquqları sahəsindəki fəaliyyəti ilə əlaqələndirir. Rəsul Cəfərov avqust ayında açıqlanan və 97 nəfərin yer aldığı siyasi məhbus siyahısının müəlliflərindən biridir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam