Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Anti-korrupsiya idarəsi “Xaliq Faiqoğlu” şirkəti ilə bağlı araşdırmalara başladı:İTTİHAM

                   “Xaliq Faiqoğlu” şirkəti ilə bağlı redaksiyamıza sensasion məlumatlar daxil olub.
Yenixeber.org: Avtobus sürücülərinin redaksiyamıza verdiyi məlumatlarda bildirilir ki, “Xaliq Faiqoğlu” şirkəti illərdir ki, onların əmək haqqlarını mənimsəyir.
Avtobus sürücülərin sözlərinə görə, şirkət tərəfindən onlara maaş kartı verilib və adlarına da aylıq 250 manat əmək haqqı yazılıb, lakin bu illər ərzində şirkət onlara 1 manat da olsun maaş verməyib. Bu azmış kimi şirkət sürücülərin üzərin gündəlik 260 manat plan da qoyub.
RealMedia.az xəbər verir ki, buna etiraz edən bəzi sürücülər var ki, artıq onlar Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayətçi olublar.
Bilgilərə görə narazı avtobus sürücülərinin şikayətləri əsasında, “Xaliq Faiqoğlu” şirkətinin rəhbəri Faiq Seyidov və digərləri anti-korrupsiya idarəsinə çağırılaraq dindirilir.
Xatırladaq ki, F.Seyidov bir müddət əvvəl oğlunun törətdiyi qəza ilə bağlı gündəm olmuşdur. Onun oğlu Xaliq Seyidovun 2014-cü ildə ağır yol qəzası törədərək adam öldürməsi ölkə mətbuatının gündəmində idi.
Həmin ilin mayın 18-də Nəsimi rayonu, “3-cü mikrorayon dairəsi” kimi tanınan ərazidə 10-LU-090 dövlət nömrə nişanlı “Mercedes GL” markalı avtomobillə Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. E.Məmmədov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Bundan əlavə, Faiq Seyidovun adı həmçinin “Safastore” mağazasının qarşısında “Riyad” mühafizə xidməti əməkdaşları ilə qarşıdurmada hallanıb. Belə ki, həmin hadisələrdən sonra iş adamı Azadxan Xanməmmədov həbs edilib.
İddialarla bağlı “Xaliq Faiqoğlu” şirkətinin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.(RealMedia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam