Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Avtobus şirkətləri arasında qalmaqal

avtobus«Xaliq Faiqoğlu» şirkətinin işsiz qalan sürücüləri etiraz aksiyası keçirib

Xeberinfo.com:   Ləğv edilən 18 və 96 saylı marşrut xətlərinin sürücüləri iyunun 11-də Bakıda etiraz aksiyası keçiriblər. Sürücülər qeyd edilən marşrutların sahibi olan “Xaliq Faiqoğlu” şirkətinin qarşısına toplaşıblar.

Qafqazinfo-nun xəbərinə görə, 200-ə yaxın sürücü şirkət rəhbərliyindən işə bərpa olunmalarını tələb edib. Sürücülər maddi vəziyyətlərinin ağırlığından, bir çoxlarının banklara kredit borclarının olmasından şikayətləniblər.

Saytın xəbərinə görə, şirkət rəhbərliyi sürücülərə aidiyyəti dövlət qurumlarına müraciət edildiyini, problemin həllinə çalışdıqlarını bildirib.

Xəbərdə qeyd edilir ki, sürücülər “BakuBus”ın avtobusları həmin marşrutlara buraxıldıqdan sonra 200-dən artıq şəxsin işsiz qaldığını söyləyiblər.

“BakuBus” MMC Azərbaycanda keçirilən I Avropa Oyunları ərəfəsində fəaliyyətə başlayıb. Müasir avtobuslarla təchiz olunan “BakuBus” Bakıda əksər marşrutlara daxil edilməkdədir.

Ölkə başçısı Azərbaycanın iqtisadi durumunun müzakirəsi ilə bağlı toplantılarda bir neçə dəfə “BakuBus”ın yaradılmasını sərnişindaşıma sahəsində ciddi irəliləyiş kimi xarakterizə etmişdi.

Bakı Nəqliyyat Agentliyi (BNA) iyunun 9-da 16, 18 və 96 saylı marşrutları xətdən çıxarıb. BNA buna səbəb kimi onların təkmilləşdirmə tələblərinə cavab vermədiyini və təkrarlanan xətlər olmalarını göstərmişdi.

“Xaliq Faiqoğlu” MMC-nin direktorunun müavini Fazil Sadıqov isə sürücülərin tələblərini APA-ya izah edərkən, onların haqlı olduğunu söyləyib: “Sürücülər haqlı olaraq işə bərpa olunmasını tələb edirlər. Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarından sonra bizim 50 avtobusumuz xətlərdən çıxarılıb və hazırda qarajdadır. Beləliklə, 200-ə yaxın sürücü işsiz qalıb. Indi bizdən tələb edirlər ki, onları işə bərpa edək. Necə və hara bərpa edək? Sağ olsun bəzi qurumların rəhbərləri: onların gördüyü işin nəticəsidir ki, 200 nəfər işsiz qalıb. Bu boyda skandal kimə lazım idi? 2005-ci ildən o avtobuslar xətdə işləyir”.

O, həmçinin Bakı Nəqliyyat Agentliyinin “BakuBus”a yardım etdiyini qeyd edib. “Məqsədləri odur ki, bazarda sırf ”BakuBus” qalsın”, – şirkət rəsmisi deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam