Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Xaliq Faiqoğlu” ilə çəkişən tikinti şirkətindən faktlar– Cinayət işi

 

Xaliq Faiqoğlu
Xaliq Faiqoğlu

 Adı tikinti fırıldaqlarında keçmiş “İdeal-inşaat” MMC ilə şəhərin ictimai nəqliyyatında məşhurlaşan “Xaliq Faiqoğlu” MMC arasında çəkişmə dərinləşir.
Yenixeber.org: “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Seyidov Faiq Sadiq oğlu 10.07.2017-ci ildə “İdeal-inşaat” MMC-yə məxsus MTK-nın 200 ailəyə xidmət göstərən komendant otağını güc tətbiq edərək oranı zəbt edib.
Bu barədə edilmiş şikayət əsasında Binəqədi RPİ-də 322 (özbaşınalıq) maddəsi ilə cinayət işi açılıb. Hazırda cinayət işi Bakı şəhər Prokurorluğunun nəzarətindədir.
“Xaliq Faiqoğlu” MMC əməkdaşı Nizam Rzayev isə cebhe.info-ya deyib ki, məlumat yalandır:
“Biz bu məlumatı araşdıracağıq, onunla bağlı tədbir görəcəyik. Bu tamamilə yalan, böhtandır. Bu məlumatı yayanları məhkəməyə verəcəyik”.
Ərazisi zəbt olunduğu deyilən tikinti şirkətinə gəlincə, məlum olur ki, rəhbəri İsa Məmmədov indiyədək «İdeal-İ-İnşaat» MMC, «İdeal-İnşaat» MMC, «İdeal-V» MMC və s. ad altında MMC-lər yaradaraq podrat müqavilələri bağlayaraq çoxmənzilli evlərin tikintisi ilə məşğul olub.
Lakin İsa Məmmədov istər Xətai rayonu ərazisində (metronun «Xətai» stansiyasının arxası, Xocalı prospekti), istərsə də digər ünvanlarda inşasına başladığı tikintiləri nəinki müqavilə bağladığı və öhdəlik götürdüyü müddətdə başa çatdırıb.
Əksinə, o, tikintiyə başlayan kimi, mənzilləri əhaliyə sataraq pullarını xarici ölkələrə daşıyıb, bir mənzil bir neçə şəxsə satılıb.
Bu haqda mediada ifayət qədər geniş məqalələr dərc olunub. (http://www.dia.az/1/71767-deal-nshaat-shirketi-vetendashlari-nece-narazi-salir.html)
Xatırladaq ki, F.Seyidovun oğlu Xaliq Seyidov 2014-cü ildə atasına məxsus avtomobili sənədsiz idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdi.
Bu hadisə Müdafiə Nazirliyində xidmət edən polkovnikin ölümünə səbəb olmaqla gündəmə gəlmişdi.(AzEuroNews.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam