Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

PAŞİNYAN “SİYASİ KOMA”DAN ÇIXIB, RƏQİBLƏRİNİ ZƏRƏSİZLƏŞDİRİR -Özü üçün yeni iqamətgah da müəyyən edib

Çoxlarının Ermənistanın tarixi məğlubiyyətinin əsas baiskarı saydığı Nikol Paşinyan sanki yavaş-yavaş “siyasi koma”dan çıxmağa başlayır. Faktiki kapitulyasiyadan sonra bir müddət hansı deşikdə gizləndiyi məlum olmayan baş nazir artıq iki gündür üz-araya çıxıb, parlamentdə çıxış edib, ittihamlara cavab verib və s.

Yenixeber.org: Hazırda Paşinyan və onun partiyası müxalifətin və cəmiyyətin hücumlarından müdafiə olunmaq və siyasi rəqiblərini zərərsizləşdirməklə məşğuldur. Buna tam olmasa da, qismən nail ola bilir ki, bu da təsadüfi deyil. 

Çünki müharibə başlayana qədərki özündənrazılıq və yekəxanalıq təkcə Paşinyana və onun komandasına yox, bütünlükdə erməni cəmiyyətinə xas xüsusiyyət idi. Və bu gün də artıq ermənilərin çoxu anlayır ki, hazırda yaşadıqları acı məğlubiyyətin, miskin durumun səbəbkarı təkcə Paşinyan yox, həm də hakimiyyətli-müxalifətli ermənilərin özləri, öz daxili xislətləridir.

Bunu ötən gün Paşinyanın partiyasından olan deputat, xarici əlaqələr komissiyasının sədri Ruben Rubinyan da parlamentdəki çıxışında söyləyib. 

 

 

Rubinyan deyib ki, müharibə başlayan gün, yəni sentyabrın 27-də Paşinyan müharibəni dayandırmağın mümkün olduğunu bəyan etmişdi və buna nəyin bahasına nail olunacağını da bildirmişdi: “Cavabında nə eşitdik? Bütün fraksiyalar dedilər ki, bu, qəbuledilməzdir: “Biz sona qədər gedirik, biz sizinləyik”. İndi isə bunun əksini deyirsiniz: “Hər şeyi xilas etmək olardı, biz sizə xəbərdarlıq etmişdik.” Bunu etməyin, insanların hislərilə oynamayın”.

Paşinyanın yaxın adamlarından olan Rubinyan erməni cəmiyyətinin öz günahını anladığına işarə vuraraq deyib ki, bu gün hökumətə qarşı etiraz aksiyalarına toplaşanların sayı getdikcə azalır və “onların sayı minlərlə olsa da, hər halda on minlərlə deyil”.

Rubinyan bunu həm də onunla əlaqələndirib ki, müxalifət artıq baş vermiş fakta görə hökuməti tənqid etsə də, çıxış yolu göstərmir.

Bu arada Ermənistan prezidenti, müharibəyə qədər Paşinyanla isti münasibətləri olan Armen Sarkisyan faktiki olaraq, hökuməti istefaya çağırıb və növbədənkənar parlament seçkilərinin zəruri olduğunu bildirib.

 

 

Özünün xalqa müraciətində ermənilərin nə qədər aciz və miskin duruma düşdüyünü etiraf edən Sarkisyan artıq Ermənistanın sentyabrın 26-dakı ölkə olmadığını deyib: “Biz müharibəni döyüş meydanında olduğu kimi, diplomatik və beynəlxalq arenada da uduzmuşuq.”

Armen Sarkisyan bildirib ki, Dağlıq Qarabağdan Ermənistana köçənlərin böyük axını nəticəsində ölkədə humanitar faciə baş verib. Koronavirus pandemiyası ilə bağlı da vəziyyət ağırdır.

O, vəziyyətdən çıxış yolunu bütün siyasi qüvvələrlə müzakirə etdiyini və yeganə yolun növbədənkənar parlament seçkisinin təyin edilməsi və keçid hökumətinin yaradılması olduğu qənaətinə gəldiyini bildirib.

Lakin məsələ ondadır ki, bu, Ermənistan prezidentinin arzusuna, qərarına görə həll ediləcək məsələ deyil. Paşinyan razılıq verməsə, heç bir keçid hökumətindən, növbədənkənar seçkidən söhbət gedə bilməz. O isə nəinki istefa vermək niyyətindədir, əksinə, yerini bərkitmək və rahatlamaqla məşğuldur.

Müxalifəti açıq şəkildə təhdid edən və günahın təkcə onda deyil, ondan əvvəl ölkəyə rəhbərlik edənlərin də üzərində olduğunu deyən Paşinyan İrəvanda özü üçün yeni iqamətgah müəyyən edib və oraya köçmək niyyətindədir.

 

 

Söhbət Ermənistan prezidentinin İrəvanın Baqramyan 26 ünvanında yerləşən iqamətgahından gedir. Paşinyanın sözçüsü deyib ki, qanunla baş nazirin həmin iqamətgahda işləməyə tam ixtiyarı var. Erməni mətbuatı isə yazır ki, Paşinyan həmin binada özünü daha təhlükəsiz hiss edəcək. Həmçinin, etirazçıların dağıtdıqları baş nazirin ofisinin əməlli-başlı təmirə ehtiyacı var.

Bu arada müxalifət ölkədə hərbi vəziyyətin ləğv olunmasını tələb edir. Çünki qanunla hərbi vəziyyət şəraitində kütləvi toplantılar da daxil olmaqla, bir çox siyasi hərəkətlərə qadağa qoyulur. Ən əsası isə həmin dövrdə parlamentdə hökumətə etimad məsələsi qaldırıla bilməz. Hökumət isə hələ hərbi vəziyyəti qaldırmaq fikrində deyil.

Bir sözlə, Paşinyan istefa verənə oxşamır. Bu, Ermənistanın daxili işidir vəəlbəttə ki, İrəvanda siyasi didişmə nə qədər çox davam edərsə, işğalçı ölkə bir o qədər gec özünə gələr, əgər gələ bilsə. Təbii ki, Paşinyanın hakimiyyətdə qalmasında bu şəxsi həmin posta oturtmağa nail olan Qərbdəki məlum qüvvələrin marağı var. Lakin bir sıra rusiyalı şərhçilər Paşinyanın hələ bir müddət vəzifəsində qalmasında Rusiyanın da maraqlı olduğunu iddia edirlər. 

Məlum məsələdir ki, Paşinyanın müəyyən dövr hakimiyyətdə qalması noyabrın 10-da qəbul edilmiş sənədin tam icrasını təmin etmək baxımından müsbət hal kimi qiymətləndirilə bilər və bu, Rusiyaya da sərf edir. Çünki bununla Ermənistanın hakimiyyət dəyişikliyi və digər buna bənzər bəhanələri qalmır, Paşinyan imzasına görə məsuliyyət daşıyır. Bu, həm də Rusiyanı razılaşmanın icrasıyla bağlı əlavə başağrısından sığortalamış olur.

Lakin Paşinyanın baş nazir postunda qalması bir məsələyə görə dəəlamətdardır - onun hakimiyyətdə qaldığı hər gün onu efirdə görən, səsini eşidən erməni cəmiyyəti daha ağır formada acı məğlubiyyətin “dadını çıxarmaqda” davam edəcək.

 

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam