Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

İDLİBDƏ YENİ GƏRGİNLİK TÜRKİYƏDƏN ALINAN QİSASDIR? –Moskvanın Ankaraya xüsusi ismarış göndərdiyi düşünülür

Fərəh Nəccar

“Əl-Cəzirə”, 27.10.2020

 

Yenixeber.org: Rusiya və Türkiyə eyni medalın iki üzüdür. Hər ikisi Liviya, Qafqaz və Suriyada dünyanın ən mühüm qarşıdurmalarında fəal iştirak edir. Yaxın Şərqdə və Aralıq dənizində hərbi varlıqlarını və siyasi imkanlarını genişləndirmək ümidi ilə onlar qarşı tərəfləri dəstəkləyir.

Bazar ertəsi günü Suriyanın şimal-qərbində Türkiyənin dəstəklədiyi onlarla üsyançı döyüşçü əleyhinə həyata keçirən ölümcül hava zərbəsi yeni gərginlik doğurub. Müşahidəçilər bölgədə Türkiyənin dəstəklədiyi ən böyük silahlı qruplardan biri olan “Fəylaq əl-Şam”ın hərbi təlim düşərgəsini hədəf alan Cəbəl-əl-Dvəyla bölgəsinə hücumun Ankaraya mesaj olduğunu söyləyirlər.

“Türkiyənin İdlib vilayətində ən yaxın müvəkkili olaraq, bu, Suriya müxalifətinə qarşı deyil, Türkiyəyə birbaşa zərbə və mesaj idi”, – deyə ABŞ mərkəzli Yaxın Şərq İnstitutunun direktoru Çarlz Lister “əl-Cəzirə” telekanalına bildirib.

Ən azı 35 döyüşçünün ölümü və 50-dən çox insanın yaralanması ilə nəticələnən hücumun miqyasını nəzərə alaraq, Lister Rusiyanı bu hücuma daha geniş geosiyasətin təhrik etdiyini bildirib.

Suriya prezidenti Bəşər Əsədin sadiq müttəfiqi olan Rusiya və antoqonist Türkiyə İdlibdə bu ilin mart ayından bəri davam edən kövrək atəşkəsə nail olsa da, son gərginlik Türkiyənin müxtəlif döyüşlərdə iştirakına dair gərginlik əlamətlərinə işarə edir. Ən başlıcası, Ankara Qafqazda, mübahisəli Dağlıq Qarabağ bölgəsində Ermənistana qarşı mübarizədə Azərbaycana dəstək verib.

Ənənəvi olaraq, Ermənistana daha yaxın olan Moskva suriyalı muzdluların Azərbaycan qüvvələri ilə birlikdə döyüşməyə göndərilməsi ilə, proksi qarşıdurmasında yeni bir cəbhənin açılması barədə xəbərlərdən təsirlənib.

Liviyada son bir ildə Türkiyə Rusiyanın dəstəklədiyi qüvvələrə qarşı mübarizə aparan, BMT-nin tanıdığı Milli Birlik Höküməti üçün minlərlə suriyalı döyüşçü göndərib. Ancaq Suriyada, ölkənin 9 illik qarşıdurmasında qarşı tərəfləri dəstəkləsələr də, Moskva və Ankara şimal-qərbdəki üsyançıların nəzarətində olan son anklavda atəşkəsin qorunması üçün birlikdə çalışıb.

Bu ilin əvvəlində İdlibdə ən pis humanitar böhranlarından biri yaşanıb, 1 milyona yaxın insanı didərgin salmış hökumət qüvvələrinin hücumunu dayandırmaq üçün atəşkəs rejimi yaradılıb. 200 mindən çox didərgin atəşkəsin qüvvəyə mindiyi gündən bəri evlərinə dönüb.

Ancaq 3 milyondan çox insanın yaşadığı İdlibdə atəşkəs kövrək olaraq qalıb.

 

İdlibdəki radikal qruplar

Türk köşə yazarı Semih İdiz də daxil olmaqla, digər mütəxəssislər Ankaranın Yaxın Şərqdə və Qafqazda “əzələ nümayişi” göstərdiyi bir vaxtda Rusiya hava zərbəsinin vaxtının əhəmiyyətli olduğunu qəbul edirlər.

“Ermənistan-Azərbaycan mübahisəsi xüsusilə həssas bir mövzudur, çünki bu, Moskvanın öz təsir dairəsində olduğuna inandığı bölgədə baş verir”. Ancaq İdiz Ankaranın İdlibdəki radikal qruplar məsələsini həll edə bilməməsinin də hücuma ola biləcəyini söyləyib.

Türkiyənin dəstəklədiyi “Milli Qurtuluş Cəbhəsi”nə “Azad Suriya Ordusu”nun (ASO) 11 qruplaşması daxildir. Ancaq hazırda vilayətin böyük hissəsinə nəzarət edən keçmiş “əl-Qaidə” tərəfdaşı olan “Heyət Təhrir əl-Şam” (HTS) bu ittifaq xaricindədir.

İlk böyük İdlib müqaviləsi 2017-ci ildə Rusiya və Türkiyə tərəfindən imzalanarkən, Moskvanın irəli sürdüyü əsas şərt Ankaranın HTS-i ləğv etməsi idi. Rusiya İdlibə hücum üçün tez-tez “Təhrir Şam”ın varlığından istifadə edib. İdizin fikrincə, Türkiyə silahlı qruplaşmanı ya ləğv edə bilmir, ya da bunu istəmir. Rusiya prezidenti Vladimir Putin və türkiyəli vəzifədaşı Rəcəb Tayyib Ərdoğanın əvvəlki sammitdə qəbul etdiyi razılaşmada da bu əsas şərtdir: “Son hücum Rusiyanın verdiyi möhlətin azaldığı və ya bitdiyi mənasına gəlir” .

Beynəlxalq Böhran Qrupunun Suriya üzrə baş analitiki Darin Xəlifə müəyyən üsyançı qrupları hədəf almaq üçün Moskvanın bu bəhanədən daim istifadə edəcəyini bildirib. “Son müqavilə, sələfləri kimi, Türkiyənin bölgədəki ən güclü üsyançı birləşməni ləğv edəcəyi müddəası üzərində qurulduğundan təbii olaraq səhvdir. Əgər atəşkəs davam edərsə, Moskva və Ankara əvvəlcə müvafiq mövqelər arasındakı uçurumu həll etməlidir”.

 

Türk qisası olacaqmı?

Rusiyanın bölgədə əvvəlki hücumları müxalif döyüşçüləri Suriyanın şimalında, atəşkəs razılaşması çərçivəsində tez-tez ortaq patrulların keçirildiyi M4 magistral yolundan uzaqlaşdırmaq məqsədi daşıyıb. Ancaq son aylarda ortaq patrulların fəaliyyəti dayanıb və bu, eskalasiyanı daha real hala gətirir.

İdizin sözlərinə görə, patrullar praktik baxımdan az şey qazandırıb. “Onlar yalnız Türkiyə ilə Rusiya arasında əməkdaşlıq təəssüratı yaradırlar. Patrulların dayandırılması atəşkəs razılaşmasının tədricən aşındığını və yenidən hərbi seçim masasına gəlməsinin açıq göstəricisidir”.

Çətin ki, Ankara Bazar ertəsi hücumunun qisasını almağa qərar versin. Listerin fikrincə, hazırda əhəmiyyətli bir eskalasiya olmayacaq, ancaq Ankara yüyəni də tam əldən buraxmayacaq.

Semih İdiz Türkiyənin Suriya prezidenti Bəşər Əsədə və Rusiyaya müttəfiq qüvvələrə qarşı əməliyyat keçirəcəyini istisna etməyib.

Çərşənbə axşamı, hücumdan bir gün sonra suriyalı müxalif döyüşçülər yüzlərlə raket və top mərmisi ilə Suriyanın şimal-qərbindəki hökumət postlarını atəşə tutub.

Lister bildirib: “Bu zərbələrdən heç olmasa biri həssas rejim tərəfdarı hədəf vurularsa və ya bu cür hücumlar davam edirsə, asanlıqla yenidən döyüşlərin idarəolunmaz spiralı halına gələ bilər”.

Darin Xəlifənin fikrincə, Suriyanın şimal-qərbindəki ərazilər “bazarlıq kuponu” kimi istifadə olunmağa davam edəcək.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam