Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Müxaliflər və hökumət qoşunlarının bölə bilmədiyi strateji şəhər: SƏRAQİB MOSKVA DANIŞIQLARI ƏRƏFƏSİNDƏ MÜHÜM HƏDƏFƏ ÇEVRİLİB

Lina Alsaafin

“Əl-Cəzirə”, 03.03.2020

 

Yenixeber.org: Suriyanın İdlib əyalətinin şimal-qərbindəki strateji Saraqib şəhərində Suriya hökumət qüvvələri ilə silahlı müxalif qruplar arasında qarşıdurmalar davam edir. Bazar ertəsi günü Suriyanın dövlət mediası – SANA hökumət qüvvələrinin üsyançılardan geri qaldığı şəhərə nəzarət etdiyini və “Türkiyə təcavüzünə qarşı çıxdığını” bildirib.

SANA müxbirinin verdiyi məlumata görə, hökumət qüvvələri Bazar ertəsi günü “Türkiyə rejimi tərəfindən dəstəklənən terror təşkilatlarına qarşı şiddətli döyüşlər apardıqdan” və “şəhəri terrorçu qalıqlarından təmizlədikdən” sonra Saraqibə giriblər.

Ancaq “əl-Cəzirə” kanalının İdlibdəki müxbiri Ədham əl-Hussam Saraqibdə küçə döyüşlərinin hələ də davam etdiyini və tərəflərdən heç birinin şəhəri qətiyyətli bir şəkildə tuta bilmədiyini söyləyib.

Əl-Hussam yaxınlıqdakı Binniş şəhərindən xəbər verib: “Üsyançı qruplar Saraqibin qərb bölgəsini nəzarət altına alıb və Suriya hökumət qüvvələrinin mövqeləri olan sənaye bölgəsinə girə bilmirlər”.

 

Cari döyüşlər

Prezident Bəşər Əsədin qüvvələri Suriyadakı son üsyançı dayağı olan İdlibdə 3 ay əvvəl hücumlarını gücləndirib.

Saraqib kabus şəhərinə bənzəyir, sakinləri yoxdur. 950 mindən çox suriyalı mülki şəxs evlərindən didərgin düşüb və Türkiyə sərhədinə sığınıb.

Artıq 3,6 milyon suriyalı qaçqını qəbul edən və bundan artığını istəməyən Türkiyə Suriya hökuməti qüvvələrinin sürətlə irəliləməsinin qarşısını almaq üçün qoşunlarını İdlibə göndərib.

Türkiyə qüvvələrinin, – xüsusilə də 34 əsgərin ötən Cümə günü öldürülməsindən sonra, – ağır itkiləri müşahidə məntəqələri olan zonalardan çıxma ilə əlaqədar Əsəd qüvvələrinə dəfələrlə edilən xəbərdarlıqların ardınca “Bahar qalxanı” adlanan hərbi əməliyyatla nəticələnib.

“Əl-Cəzirə”yə danışan Saraqib əməliyyatında iştirakçısı, üsyançı qüvvələrin leytenantı Tarık Solak silahlı müxalif qrupların “ümumən vəziyyətə nəzarət etdiyini” deyib.

“Döyüşlərin çoxu sənaye bölgəsinin yaxınlığında, Saraqibin şərqdə baş verir. Cari döyüşlər gedir və bəzən rejim qüvvələri hansısa ərazini geri alır və yenidən itirirlər”.

 

Strateji əhəmiyyət

Saraqib paytaxt Dəməşqi ölkənin ikinci böyük şəhəri Hələblə birləşdirən həyati əhəmiyyətli M5 və M4 avtomobil yollarının qovşağında yerləşir. Sonuncu yol Latakiya şəhərinə uzanır.

Hər iki yol mühüm ticarət marşrutu hesab olunur və 2018-ci ilin Soçi razılaşmasına əsasən, onlar həm müxalif qruplar, həm də Suriya hökumət qüvvələri tərəfindən hərbi fəaliyyətdən azad olmaları, bundan əlavə, ticarət mübadiləsi üçün Rusiya və Türkiyə magistral yollarda birgə patrulları da həyata keçirməli idi.

Hökümət qüvvələri və ya müxalifət döyüşçülərin magistral yollara tam nəzarət etməsi münaqişənin dinamikasını dəyişə bilər.

“Chatham House”-un tədqiqatçısı Hat Hayd deyib: “Saraqibi tutmaq o deməkdir ki, magistral yollarda nəzarət edən qarşı tərəfin bundan istifadə edib-etməyəcəyini müəyyənləşdirə bilər. Buna görə də, Suriya rejimi son bir neçə həftə ərzində Dəməşq və Hələb arasındakı M5 magistral yolunun çox hissəsini ələ keçirib və bu yaxınlarda Latakiyaya qədər uzanan M4-ü ələ keçirməyə çalışır”.

Bundan əlavə, strateji qazanclar nəzarətçi tərəfə siyasi imkanlar və beynəlxalq səviyyəli gələcək danışıqlarda öz şərtlərini qəbul etdirmək baxımından üstünlük verir.

Hayd Suriya hökumətinin Saraqib bölgəsindəki son qazancının iki dəyişikliyin nəticəsi olduğunu söyləyib: birincisi, “rejim qüvvələrinin Saraqib bölgəsinə yönəltmək üçün digər bölgələrdən səfərbərlik”; ikincisi, Rusiyanın hava dəstəyi.

“Əvvəlcə Suriya rejiminə Rusiyanın heç bir hava dəstəyi olmayıb, buna görə də, rejim uduzurdu. Bu dəstəyin aktivləşməsi rejim qüvvələrinin irəliləmək və ya heç olmasa əldə etdiyini saxlamaq imkanlarını müəyyənləşdirəcək”.

 

Döyüşü sürətləndirmək

Suriya münaqişəsində qarşı tərəfləri dəstəkləyən Türkiyə ilə Rusiya arasındakı ehtiyatlı diplomatik münasibətlər iki ölkənin İdlibdəki vəziyyət bir neçə dəfə danışıqlar mövzusu olub.

Bazar ertəsi günü Türkiyənin Prezident Aparatı Suriyadakı hadisələri müzakirə etmək üçün Moskvada prezident Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında görüşün olacağını təsdiqləyib.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında danışan Ərdoğan Rusiya ilə qarşıdurmaya girməkdə maraqlı olmadığını, Ankara ilə Moskvanın bir həll tapacağına ümid etdiyini bildirib.

Kreml Rusiyanın “türk tərəfdaşları ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini” vurğulayıb.

Haydın sözlərinə görə, İdlibdə döyüşən qüvvələrin hər biri Putin-Ərdoğan görüşünə qədər üstünlük qazanmağa can atacaq. “Bu, sammitin nəticəsinin nə olacağına dair dəqiq bir anlayışın olmadığını göstərir, ancaq Türkiyə məqbul nəticəyə nail olmazsa, yalnız daxili dəstəyi deyil, həm də regional güc olaraq nüfuzunu itirəcək”.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam