Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Müxaliflərə qarşı toksik siyasət-ARAŞDIRMA

 

                             

                                  Navalnıdan sonra növbə kimindir?..

Yenixeber.org: Sentyabrın 2-də alman həkimləri rusiyalı müxalifətçi Aleksey Navalnının  “Noviçok” qrupuna aid olan toksinlə zəhərləndiyini təsdiqlədilər. Bu maddə əslində hərbi məqsədlər üçün nəzərdə tutulan kimyəvi silahdır və yalnız xüsusi xidmət orqanlarının və ordunun “arsenal”ına daxildir. Yəni, Rusiya hakimiyyəti öz ölkəsinin vətəndaşına və siyasətçisinə qarşı kimyəvi silah tətbiq edib. 

Xatırlatmaqda fayda var ki, Navalnı indiyənə qədər Rusiyada zəhərlənən ilk siyasətçi  və tanınmış fiqur deyil. Son 20 ildə zəhərləndikləri məlum olan şəxslər və səbəbləri barədə kiçik araşdırma apardıq. 

Yuri Şexoçixin (2003)

Şexoçixin uzun illər SSRİ xalq deputatı, sonra isə Rusiya Dövlət Dumasının deputatı olmuşdu. Dumadakı fəaliyyətindən sonra “Novaya Qazeta”da jurnalist kimi fəaliyyət göstərmiş və Rusiya güc strukturlarının korrupsiya əməlləri barədə araşdırma yazıları dərc etmişdi. 2003-cü ildə Y.Şexoçixin naməlum zəhərlənmədən dünyasını dəyişir. İstintaq orqanları onun ölümü ilə bağlı cinayət işi açsalar da, sonradan müxtəlif bəhanələrlə işi bağlayır və Şexoçixinin ölümü qətl kimi tanınmır. 

 

Anna Politkovskaya (2006)

Politkovskaya Rusiyada jurnalist, hüquq müdafiəçisi kimi fəaliyyət göstərirdi. O da “Novaya Qazeta”da çalışırdı və Rusiyanın Şimali Qafqazda apardığı müharibə barədə araşdırma aparırdı. 2004-cü ilin sentyabrında Beslan hadisələri zamanı Moskvadan Beslana uçarkən təyyarədə içdiyi çaydan zəhərlənir. Uzun müddət iflic vəziyyətində qaldıqdan sonra sağalır, amma 2006-cı ilin oktyabrında Moskvanın mərkəzində, yaşadığı binanın liftində güllələnir. 

 

Aleksandr Litvinenko (2006)

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) polkovniki Litvinenko təhlükəsizlik orqanları ilə baş vermiş konfliktdən sonra Londona qaçıb, orada Rusiya hakimiyyəti və xüsusi xidmət orqanlarının cinayət əməlləri barədə araşdırmalar aparıb. Jurnalist Anna Politkovskayanın necə və kimin əmri ilə qətlə yetirilməsi ilə bağlı məlumatı əldə etdiyi gün, 1 noyabr 2006-cı ildə, Londondakı otellərdən birində dostu Andrey Luqovoyla (Luqovoy sonradan LDPR fraksiyasından Dövlət Dumasında deputat olur) görüşür. Bir neçə saat sonra isə halı anidən pisləşir, xəstəxanaya yerləşdirilir. 24 noyabrda kəskin ürək çatışmazlığından ölür. London Ali Məhkəməsi Litvinenkonun zəhərlənərək öldüyünü təsdiqləyir.

Sergey Skripal (2018)

Federal Təhlükəsizlik xidmətinin keçmiş zabiti Sergey Skripalın da əhvalatı Litvinenkonun başına gələnlərə bənzəyir. O da ölkədən qaçıb, Londona sığınır və Rusiya xüsusi xidmət orqanları barədə müxtəlif araşdırmalarda iştirak edir. 

2018-ci ilin mart ayında İngiltərədə Solsberi şəhərində Sergey və qızı Yuliya QRU zabitləri tərəfindən “Noviçok”la zəhərlənirlər. Skripalların həyatını xilas etmək mümkün olur. Bundan sonra Britaniya höküməti Rusiyanı günahlandırsa da, Kreml bütün bunların cəfəngiyyat olduğunu bildirir. 

Aleksey Navalnıy (2020)

Navalnı Korrupsiya ilə Mübarizə Fondunun (FBK) növbəti çəkilişlərini yekunlaşdırıb, Tomskdan Moskvaya dönürdü. Birdən-birə halı pisləşən müxalifətçiyə görə təyyarə təcili  Omsk şəhərinə enməli olur. Əvvəlcə 1 saylı şəhər xəstəxanasına çatdırılır, süni nəfəs aparatına qoşulur. Oradan isə Almaniya hökümətinin təzyiqi ilə Berlində yerləşən “Şarite” klinikasına aparılır. Sentyabrın 1-də Rusiya XİN başçısı çıxışında hazırda qərb həkimlərinin də zəhərlənmə barədə diaqnoz qoya bilməməsindən danışır. Ertəsi gün isə Almaniya hökuməti rəsmən təsdiqləyir: Aleksey Navalnı “Noviçok”la zəhərlənib. Öz növbəsində Kreml alman həkimlərini tez-tələsik zəhərlənmə barədə nəticəyə gəlməkdə günahlandırıb.

Bu kontekstdə Boris Nemtsovun qətlini də xatırlatmaq yerinə düşər. Düzdür, o, zəhərlənmədi, Kreml divarları önündə güllələndi… 

Görəsən, növbədə kimdir?  

Xalid Nuriyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam