Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qubada din-media münasibətləri müzakirə edilib– FOTOLAR

Bu gün Qubada “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda seminar-treninq keçirilib.

Yenixeber.org: Tədbir Azərbaycan Respublikasi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə həyata keçirilir. Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, qurum üzvləri, KİV nümayəndələri iştirak ediblər.

İlk öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli məruzə ilə çıxış edib. Qurumun əməkdaşı dünya təcrübəsində din və media münasibətlərindən söz açıb: “İfadə azadlığı mətbuatın əsas ana sütunudur, hansı ki, bütün mətbuatın hamısı bunun əsasında fəaliyyət göstərir. Amma eyni zamanda din elə bir məsələdir ki, burada ifadə azadlığını bir qədər mədudlaşdırmaq lazım gəlir. Bununla bağlı müxtəlif ölkələrdə, müxtəlif qanunların fəaliyyət göstərdiyini müşahidə edə bilərik. Bu qanunlar müqəddəslərə, dinlərə hörmətsizliyi qadağan edir. Ümumiyyətlə media dünyada həm dinlər tarixində, həm də dünyanın dəyişməsində mühüm rol oynayır”.

Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun iştirakı ilə brifinq keçirilib.

Gündüz İsmayılov təmsil etdiyi qurumun mütəmadi olaraq Qafqaz Müsəlmanları İdarəsi və Mətbuat Şurası ilə əməkdaşlıq etdiyini vurğulayıb və qeyd edib ki, din-media münasibətləri bütün cəmiyyət üçün aktualdır: “Bizim cəmiyyətimiz üçün bu məsələ daha əhəmiyyətlidir. Din-media münasibətləri bizim üçün həm də ona görə əhəmiyyətlidir ki, dini maarifləndirmə işinin həyata keçirilməsində, təbliğatının aparılmasında, milli-mənəvi dəyələrin qorunmasında medianın rolu danılmazdır. Bu sahədə üzləşdiyimiz bir çox təhdid cəhdləri var idi ki, bunların da aradan qaldırılmasında mediamızın böyük rolu var, bunu nümunələrlə də qeyd etmək olar. Amma təəssüf ki, dini sahələ ilə bağlı təhdid cəhdləri hələ də davam edir. Məsələn, son illər biz müşahidə edirik ki, Aşura mərasimlərinin başqa xalqların, ölkələrin həyat tərzlərinə uyğun keçirilməsinə cəhdlər var. Aşura mərasimi tarixən Azərbaycanda keçirilib və təbii ki, bundan sonra da keçiriləcək. Lakin bəzi dini dairələr mərasimin başqa adət-ənənələr ilə keçirilməsinə çalışır. İnanıram ki, Azərbaycan mediası bu məsələ ilə bağlı da öz sözünü deyəcək. Tarixən Azərbaycanda Aşura mərasimlərində xurafat olub, siyasət elementlər isə heç bir zaman olmayıb. Lakin bu gün Aşura mərasiminda siyasi elementlər görürük. Və yaxud bu gün ölkəmizdə milli kimlik ilə dini kimliyi qarşı-qarşıya qoymaq istəyənlər, İslamı azərbaycançılığa qarşı qoymağa çalışanlar var. Hər zaman mətbuatımız azərbaycançılıq məfkurəsinin yayılmasını, təbliğini uğurla davam edib və inanıram ki, bundan sonra da davam edəcək”.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə çıxış edərək qeyd edib ki, jurnalistlər dinlə bağlı yazarkən ictimaiyyəti çaşdırmamalı, düzgün məlumat çatdırmalıdırlar: “Din-media mövzusunda bu cür tədbirlər keçirməkdə məqsədimiz odur ki, Azərbaycan jurnalistləri dinlər, mövcud vəziyyət ilə bağlı müəyyən bilgiyə malik olsunlar. Onlar yazı yazarkən ictimaiyyəti çaşdırmasınlar, ictimaiyyətə düzgün məlumatlar çatdırsınlar. Ümumiyyətlə Azərbaycan Respublikasının Konstitusiyasında bununla bağlı müəyyən qəbul edilən qanunlarda, o cümlədən ifadə azadlığı haqda olan qanunlarda birmənalı olaraq din və dövlət münasibətləri təqdim olunur. Din dövlətdən ayrılır. Biz bilməliyik ki, Azərbaycan xalqının 93 faizindən çoxu müsəlmanlardır. Bilməliyik ki, ölkəmizdə hansı dini nümayəndələr yaşayır və s. Bakıda provaslav, xristian kilsəsi, alban icması var, dağ və Avropa yəhudiləri, krişnaçılar yaşayır. Biz Azərbaycanın dini coğrafiyasını bilməliyik. Bundan əlavə ölkədə dinlə bağlı gedən son prosesləri və bu proseslərin hansı problemləri yaratdıqlarını da bilməliyik.

Bir müddət bundan əvvəl pasportlara baş örtükləri ilə şəkil çəkilməsi ilə bağlı problemlər yaşandı. Qeyd edim ki, bütün bunlar, eyni zamanda məktəblərdə vahid geyim məsələsi ilə bağlı ortaya çıxan problemlər hələ də tam həllini tapmayıb. Nardaran olayları, qeyri-qanuni tikilən məscildlərlə bağlı məlumatlar cəmiyyətdə müəyyən ajiotaj yaratdı. Azərbaycan İslam ölkəsidir və islami dəyərlərə həmişə yüksək qiymət verib. Hətta bu ili Beynəlxalq İslami Həmrəylik ili elan etmişik. Belə bir məqamda bu sayaq hadisələrin baş verməsi narahatçılıq yaradır və onların işıqlandırılıb cəmiyyətə çatdırılması jurnalistlərdən asılıdır”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı isə “Media və din: stereotiplər və problemlər” mövzusunda danışıb: “Bizim beynimizdə “Dinimizi tənqid etməyimiz dədə-babadan qalıb” stereotipi var ki, bu da doğru deyil. Çünki bizim Azərbaycan jurnalistikası bunun üzərində köklənməyib. Azərbaycan jurnalistikasının “Əkinçi” qəzetində din haqqında iki rubrikası olub və onlar rubrikaçılıq tarixində çox unikal təcrübə ilə çıxış edib. Onlardan birincisi bu o olub ki, “Məhərrəmlik mərasiminda baş yarmalar olmalıdır ya yox?”, ikinci mövzu isə bu olub ki, “Azərbaycan cəmiyyətinə dini tədris edən məktəblər lazımdır, yoxsa yeni məktəblər?” Bu haqda geniş fikir ayrılıqları ortaya qoyulmuşdu. Fikrimcə, bu mövzular hələ də dəbdədir. Bu gün də bizi maraqlandırır ki, “Məhərrəmli ayı necə keçirilməlidir?”, “Din tədris olunmalıdırmı?” Yəni 150 illik stereotiplərdən hələ də qurtulmamışıq, bu da bir faktdır”.

Sədr müavini mediada dini mühitə olan münasibətdən də söz açıb, jurnalistlərdən şikayətlənib: “Bizim jurnalistlər bizdən nə istədiklərini hələ ki, özləri üçün müəyyənləşdirə bilməyiblər. Mediada Qafqaz Müsəlmanları İdarəsinə qarşı bəzən anlaşılmaz bir aqressivlik hiss olunur. O məqamda deməyə çox söz var. Amma qısasını bu şəkildə deyim, siz də özünüz üçün bir nəticə çıxardın. Bu qurum 1823-ci ildən Azərbaycanda fəaliyyət göstərən bir dini təşkilatdır. Belə bir təşkilatdan dünya tarixində çox az olub. QMİ bölgənin tarixi müsəlman mərkəzi olaraq əsas siyasətini onun üzərində qurub ki, dövlətçiliyə xidmət etsin. Bu, bizim əsas məsələmizdir. Siz bəzən bizi müxalif və yaxud iqtdar kimi görmək niyyətindəsinizsə, qeyd edim ki, bizim yolumuz o deyil. Bizim ortaq yollarımız var, bu, stereotiplərdən qurtulmaqdır. Bunun zərəri nədir, jurnalistlər bunu qabardıb başqa şəkilə salanda anlamıram. Bəzən jurnalistlərin mövqeyində bizi aşağılamaq kimi məqamlar hiss olunur. Yəni, jurnalistikada belə bir stereotip mövcuddur. Belə fikir var ki, Azərbaycanın dini mühitində çoxları bisavaddır, dini təhsili yoxdur və yaxud ümumiyyətlə savadı yoxdur. Doğrudur, "meşə çaqqalsız olmaz", amma ümumiyətlə bunu bir tək dini xadimin günahı kimi görmək siz jurnalisltər üçün doğru olmaz”.(müsavat)

Xalidə Gəray,

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam