Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Dini radikalizm – dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir - Kürdəmirdə (FOTOLAR)

“Dini radikalizm – dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir - Kürdəmirdə (FOTOLAR)

 

 

Bu gün Kürdəmir rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə DövləKomitəsi, Kürdəmir rayon Polis İdarəsinin və DTX-nin Kürdəmir rayon İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Təhsil şöbəsində “Dini radikalizmdini ekstremizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.

     Xeberinfo.com:  Tədbirdə Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, rayonun təhsil və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bu gün narahat edici məsələlərdən birinin də dini ekstremizm olduğunu, ekstremizm, terrorizm, narkomaniya və başqa bu kimi cəmiyyət xəstəlikləri ilə mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib.

“Dini radikalizm – dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir - Kürdəmirdə (FOTOLAR)

Tədbirdə “Müasir dövrdə İslam dünyasında dini radikallığın yaranma səbəbləri və onun fəsadları” mövzusunda çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, sistemləşdirilmiş ideoloji dünyagörüşünə malik olmayan gənclərin sabah nə dövlət, nə cəmiyyət, nə də özləri üçün heç bir fayda gətirə bilməyəcklərini, yeniyetmələrin taleyinə cəmiyyətin ümumilikdə məsul olduğunu vurğulayıb.

“Dini radikalizm – dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir - Kürdəmirdə (FOTOLAR)

Tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşı Kamran Dadaşov “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili” mövzusunda, rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov “radikalizm və ekstremizmin milli-mənəvi dəyərlərimizə vurduğu ziyan” mövzusunda çıxışlar ediblər.

 

İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırmışdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam