Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda İslam həmrəyliyi mövzusunda konfrans keçirilib

Bakıda İslam həmrəyliyi mövzusunda konfrans keçirilib

 

 

 Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam dünyasında həmrəylik: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib.

Yenixeber.org: Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, islam dünyasında həmrəylik məfkurəsi yeni deyil:

 

“İndiyə kimi bir çox din xadimləri tərəfindən islam həmrəyliyi ilə bağlı çağırışlar edilib. Təəssüf ki, bu ideya reallaşmayıb. Müsəlman ölkələrinin çoxunda islam həmrəyliyi ilə bağlı edilən çağırışlar elə o ölkələrin daxili auditoriyasına hesablanıb. Azərbaycan prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın İslam həmrəyliyi ilə bağlı çağırışı ölkənin hüdudları ilə məhdudlaşmadı. Azərbaycanın İslam həmrəyliyi ilə bağlı çağırışı bütün islam dünyasına aiddir”.

  
 
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmər Cavadlı isə qeyd edib ki, bu gün müsəlman dünyası terrorla, qanlı hadisələrlə çalxalandığı üçün islam həmrəyliyi ideyası nəinki müsəlman ölkələrində, habelə qeyri-müsəlman ölkələrində yüksək qiymətləndirilir. 
 
 
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ruslan Əsgərov deyib ki, islam dünyasındakı problemlərin kökündə həmrəylik ideyasının olmaması dayanır. 
  
 

Tədbirdə o da bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “İslam həmrəyliyi ili” çərçivəsində 150-dən çox ölkədaxili və bir neçə beynəlxalq tədbir keçirilib.

 

Apa


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam