Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Neftin ucuzlaşmasının 5 səbəbi -Liviya faktoru, OPEK-in sövdələşməsi...

 

neft

Bu həftə neftin qiymətləri keçən ilin yayından indiyədək ilk dəfədir ki, dünya bazarında müxtəlif əlamətlərin fonunda aşağıya doğru sürüşüb. Keçən ay OPEK-lə yanaşı Rusiya və böyük həcmdə neft çıxaran digər ölkələr hasilatın məhdudlaşdırılması barəsində sövdələşməni uzatmalarına baxmayaraq, bu addım neftin tələb ediləndən artıq istehsalının qarşısının alınmasına ciddi təsir göstərmək iqtidarında olmayıb.

Yenixeber.org:   Neftin qiymətlərinin yüksəlməsinə imkan verməyən 5 səbəb var.

1. Nigeriya və Liviya kimi gözlənilməz faktorlar

OPEK-in sövdələşmələrində iştirak etməyən və münaqişələr girdabına girmiş Liviyadakı net hasilatının böyüməsi hamının təəccübünə səbəb olub. Bu ölkədə vətəndaş müharibəsinin davam etməsinə baxmayaraq, Afrikada ən böyük neft ehtiyatı olan Liviyada bu yaxınlarda hasilat gündəlik 855 min barelə kimi artıb. Bu isə keçən illə müqayisədə, təxminən üç dəfə çoxdur.

Həmçinin, OPEK-in sövdələşməsində iştirak etməyən Nigeriyanın infrastrukturuna yaraqlıların hücum etməsi halları var. Amma OPEK-in məlumatına əsasən, keçən ay Nigeriyada da hasilat rekord həddə – gündəlik 1,68 milyon barelə çatıb.

2. OPEK-in sövdələşməsi

Ötən ay OPEK və daha 10 neft ixrac edən ölkələrin hasilatın məhdudlaşdırılması barəsində müqavilə imzalamalarına baxmayaraq, neftin qiyməti enib. Həmin müqaviləyə əsasən, 2018-ci ilin martına kimi bu ölkələr hasilatı ümumən 1,8 milyon barel azaltmalıdırlar.

Sövdələşmənin şərtlərinə riayət olunsa da, OPEK keçən həftə etiraf edib ki, onun səyləri gözlənilən və ümid bəslənilən təcili nəticəni verməyib. “Morgan Stanley”-nin analitikləri bildiriblər ki, əgər OPEK indiki kvotanı azaltmasa və ya müqaviləni 2018-ci ilin sonunadək uzatmasa, onda bazardakı neftin həcmi gözlənildiyindən artıq olacaq.

3. Tələb olunan neft həcminin aşılması

OPEK anbarlardakı dünya neft ehtiyatını azaltmağa ümid edirdi. Lakin aprel ayında tərkibinə inkişaf etmiş iqtisadiyyata və qabaqcıl sənayeyə malik 35 ölkənin daxil olduğu “İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı”ndakı neft ehtiyatının həcmi 18,6 milyon barelə kimi artdı. İndi bu ehtiyat keçən ilkindən çoxdur. Bu barədə Beynəlxalq Enerji Agentliyi məlumat verir. Bir çox analitiklər güman edirlər ki, ilin ikinci yarısında hasilatın azalması və tələbin artması sayəsində, ehtiyat azalmağa başlayacaq.

“Julius Baer” firmasının əməkdaşı, analitik Karsten Menke deyib: ”Amma hər halda anbarlardakı dünya neft ehtiyatı gözlənildiyinin əksinə olaraq, çox ləng şəkildə azalır və hələ də rekord yüksək səviyyədədir”.

4. ABŞ-dakı hasilatın yüksəlməsi

Neft qiymətləri aşağı düşsə də, ABŞ-dakı hasilat yüksək səviyyədə qalır. Şist nefti çıxaran Amerika şirkətləri neftin qiymətinin düşmə dövrünü geridə buraxaraq, ən əlverişli yataqlara təkmilləşdirilmiş texniki yeniliklər tətbiq edirlər. Bu gün hətta bəzi şirkətlər neftin bir bareli 40 dollar olduğu təqdirdə də qazanc əldə edə bilərlər.

Beynəlxalq Enerji Agentliyinin verdiyi məlumata əsasən, bu il ABŞ-dakı neft tədarükü orta hesabla beş faiz artıb, 2018-ci ildə isə demək olar ki, səkkiz faiz artacaq. Belə olan halda amerikalı istehsalçılar gündəlik hasilatda Səudiyyə Ərəbistanını da ötüb keçə bilər.

5. Möhtəkirlərin yaratdığı çaxnaşma

OPEK-in may ayındakı görüşündən öncə hec-fondlar kimi, birja oyunçuları və digər sərmayəçilər də neft qiymətlərinin yüksəlməsi ilə bağlı rekord sayda bəhsə girişiblər. OPEK daha ciddi məhdudiyyətlərdən və sövdələşmənin daha uzun müddətə uzadılmasından imtina etməklə, treyderləri məyus qoydu. Sərmayəçilər geriyə çəkildilər ki, bu da öz növbəsində qiymətlərin düşməsini dərinləşdirdi.

“İntercontinental Excharge İnc” şirkətinin məlumatına görə, Brent markalı neftin qiymətinin yüksəlməsinə qoyulmuş keçən həftəki bəhs (uzunmüddətli mövqeylə) fevral ayı ilə müqayisədə, təxminən rekord göstərici ilə yarıbayarı aşağı düşdü.

“PVM Oil” broker şirkətinin analitiki Tamaş Varqa bildirib: ”İndiki halda uzunmüddətli mövqe özünəqəsddir. Bazarlardakı əhval-ruhiyyə bədbindir və hər şey möhtəkirlərin qurğusu altındadır”.

(“The Wall Street Journal”- ABŞ)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam