Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Neft bahalaşacaq? -2017-ci ilin proqnozu

 

Manatın kursunda və bank sektorunda stabillik yaranacağı proqnozlaşdırılır


Yenixeber.org:   Dünya birjalarında neft bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,72 dollar və ya 1,37% artaraq 53,33 dollar təşkil edib. ICE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barelinin dəyəri isə 0,82 dollar və ya 1,49% artaraq 55,90 dollar olub.


Bu bahalaşma dünya bazarın nə vəd edir? 2017-ci ilin ikinci yarısına doğru neftin qiyməti 60 dolları ötə bilərmi? Belə olduğu təqdirdə Azərbaycanda iqtisadi proseslərdə stabillik yaranacaqmı? Neft gəlirləri artarsa, hökumət manatı gücləndirə bilərmi?


Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu il neft qiymətləri ötən illə müqayisədə təxminən 20 faiz bahalaşıb: “Azərbaycanın ixrac etdiyi neftin 80 faizi BTC Fond tərəfindən satışa çıxarılır, orada yanvar ayında qiyməti 55 dollardan artıq idisə, fevral ayında 1 dollar 30 sent bahalaşdı. Ümumi ab-hava budur ki, il başlayandan neftin qiyməti artıma doğru gedir. İndiki qiymət fevral ayı ilə müqayisədə aşağıdır. 55-56 dollar arasında dövr edir. Buna da bir sıra amillər təsir edir. O amillərdən biri budur ki, mart ayının ortasında ABŞ-ın Federal Rezerv Sisteminin uçot dərəcələrini artıracağı ilə bağlı informasiyalar dolaşır. Bu da neftin və digər xammalların qiymətinin ucuzlaşması istiqamətində proqnozları artırır. Neftin ucuzlaşmasına təsir edən daha bir amil isə Amerikada Şist neft hasilatının artmasıdır. Amerikada artıq hasilat 9 milyon barelə yaxınlaşır. Bu, çox yaxşı bir tempdir. Proqnozlara görə, bu ilin sonunda və ya gələn ilin əvvəlində Amerika öz hasilatını 400 min barel artıra bilər. Hasilatın 400 min barel artırılması o deməkdir ki, Amerika idxalını bir o qədər azaldacaq. Artıq Amerikanın aldığı neft başqa bazarlara yönələcək”.

Image result for İlham Şaban


Ekspertin sözlərinə görə, Amerikanın neft hasilatını və neft məhsullarının ixracını artırması dünya bazarında bolluq yaradır: “Digər bir məsələ isə odur ki, Amerikanın neftayırma zavodları dünyanın ən rentabelli və yüksək texnologiyalarla təchiz olunmuş emal müəssisələridir. Onlar xammaldan ən çox neft məhsulları hasil edən müəssisələrdir. Bu zavodlar xam nefti ən keyfiyyətli neft məhsullarına çevirib dünya bazarına çıxarırlar. Bunun nəticəsində dünyada neft bolluğu yaranır. 2016-cı ildə biz hasilatın artımını müşahidə etdik, ancaq 2017-ci ildə artım tempinin azalmasını müşahidə edəcəyik. Ona görə də OPEK və qeyri-OPEK ölkələri 2017-ci ilin birinci yarısı üçün hasilatın azaldılması ilə bağlı razılaşıblar. Əgər bu dövrdə neftin qiyməti 55-60 dollar dəhlizindən yüksək olsaydı belə, ilin ikinci yarısında OPEK-ə daxil olmayan ölkələrdəki artım istənilən halda qiymətlərə təsir edəcək. Biz buna həm də o prizmadan baxmalıyıq ki, hasilatın artımı ilə bağlı söhbət təkcə Amerikadan getmir. Bircə qonşu Qazaxıstanda neft hasilatı artacaq, bazara təxminən 4 milyon ton artıq neft çıxaracaqlar. Digər ölkələrdə də artım ola bilər. Bu amillərə görə neftin orta qiyməti təqribən 54 dollar səviyyəsində olmaqla ili başa vura biləcəyik. Bu, neft ixrac edən ölkələr üçün böyük bir uğur olacaq. Çünki ”Brent" markalı neftin orta ixrac qiyməti 2016-cı ildə 44 dollar olub. Bu il neftin qiyməti təqribən 10 dollar artmış olacaq, bu da 23 faiz artım deməkdir. Bu həm şirkətlərin, həm də dövlətlərin büdcəsi üçün böyük artımdır".


Neftin qiymətinin manatın məzənnəsinə necə təsir edəcəyinə gəlincə, İ.Şaban bildirdi ki, bu ilin ilk iki ayında neft hasilatının azalmasına baxmayaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə daxilolmaların həcmi artıb:“2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Neft Fondu ”Azəri-Çıraq-Günəşli" (AGÇ) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından $993 mln. məbləğində gəlir əldə edib. Ötən ilin müvafiq dövründə AÇG-dən hasil edilən mənfəət neftinin satışından ARDNF-ə daxilolmalar $790 mln. təşkil edib. Bu baxımdan Neft Fonduna cari ilin 2 ayında AÇG-dən daxilolmalar ötən ilin müvafiq dövrü ili müqayisədə $203 milyon və ya 25,7% artıb. Daxilolmalara səbəb isə neft qiymətlərinin kifayət qədər artımıdır. Belə ki, 2016-cı ilin yanvarında BTC FOB Ceyhan markalı neftin orta satış qiyməti bir barel üçün $32,33, fevralda isə $33,43 təşkil etmişdisə, cari ilin müvafiq aylarında $55,14 və $56,63 olmuşdu. Artım müvafiq olaraq 70,5% və 69,4% təşkil etmişdi. Bu isə o deməkdir ki, dövlətin gəlirləri kifayət qədərdir. Ötən il Azərbaycan AÇG-dən 1,5 milyard dollar sırf mənfəəti olmuşdu. Bu il ötən illə müqayisədə hasilat 1 milyon tona yaxın azalacaq, onun 800 min tonu AÇG-nin payına düşəcək. Ancaq qiymət artımı 20 faizdən artıq olacaq, Azərbaycanın 1,5 milyard dollardan da çox valyuta əldə edəcək. Bu isə ona imkan verir ki, hökumət manatın məzənnəsinə müdaxilə edə bilsin. Çünki bu ilin büdcəsi də ötən ilin büdcəsinə nisbətən daha qənaətlidir. Bu baxımdan hökumət heç bir gərginlik keçirmədən büdcəni icra edə biləcək. Ötən il bank sektoru da möhkəm şok yaşadı, təlatümlər oldu. Ancaq cari ildə bu cür hadisələr yaşanmayacaq. Çünki valyuta tənzimlənməsi buna təsir edəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam