İran-ABŞ-Avropa:hərbi təhdidlər çoxalır, biznes isə genişlənir
Yenixeber.org: Praktik olaraq bir həftə də keçmir ki, İran və ABŞ bir-birinə açılamasın. İran kater, təyyarə və dronları Fars körfəzində Amerika gəmilərinə dinclik vermir, hər iki ölkə diplomatları etirazlar ifadə edir, ABŞ və İran siyasətçiləri bir-birini gərginliyi gücləndirməkdə ittiham edir, Donald Tramı öz tivitterində İran haqda daha nələr yazmayıb, ABŞ Suriyada Ət-Tənfənin girişində İranyönlü bölmələri bombalayır, Amerika Senatı İrana qarşı yeni sanksiyalar tətbiq edir, İran Ali lideri Əli Xameneideyir ki, “Amerika terrorçular ölkəsidir və terrorçuları müdafiə edir”. Buna hamı artıq alışıb və hesab olunur ki, ABŞ və İran 1979-cu ildən qırılmış diplomatik münasibətlərlə barışmaz rəqiblərdir.
Lakin ictimaiyyətə səs-küylü siyasi deyimlər və fəaliyyətdən savayı hərbçilərin ümidi var ki, iki ölkə arasında gec-tez başqa münasibətlər də – kommersiya – qaydasına düşəcək.
İranın Aseman Airlines aviaşirkəti artıq Donald Tramp vəzifəyə başladıqdan sonra bu ilin aprelində Amerikanın Boeing şirkətindən 3,4 milyard dollar məbləğində 30Boeing-737 təyyarəsinin tədarükü üçün ilkin saziş imzalayıb (hələ 30-u da əlavə alına bilər). Təyyarələr 2022-ci ildən İrana gəlməlidir.
Boeing artıq buna qədər sanksiyaların götürülməsi ilə 2016-cı ilin dekabrında İranınIranAir şirkətinə 16,6 milyard dolar məbləğində 80 təyyarə satmaq haqda saziş bağlayıb, yeni sifarişlərdən savayı İranın köhnə təyyarələrinin mühərrikinin təmirini aparır. Aseman Airlines-la saziş isə Amerika şirkətinə 18 min iş yeri verəcək və prezident Tramp Boeing-lə İran aviaxətlərinin münasibətlərini aşkar şəkildə müzakirə etməməyə üstünlük verir.
İran əvvəllər bildirib ki, ölkəyə 500 yeni mülki avialayner lazımdır. Bu, böyük puldur. Lakin qeyd etmək lazımdır ki, təyyarələr hələlik tədarük edilməyib (ilk tədarük 2018-ci ildə gözlənilir) və sazişlərin həyata keçirilməyi sual altında qalır. Çünki ölkələr arasındakı kommersiya münasibətləri həm ABŞ-da, həm də İranda siyasi elitalar arasında zorla qopma doğurur. ABŞ-da hesab edirlər ki, IranAir İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən təşkilat üzvlərini daşımaq üçün istifadə olunur, İranda isə hiddətlənirlər ki, İranın pulları “amerikalıların gödənini doyuzdurmağa” gedir.
Buna baxmayaraq, həm İranda, həm də ABŞ-da dəfələrlə ifadələr səsləndirilib ki, Tramp administrasiyası biznesmenlər administrasiyasıdır və daha fəal ticarət münasibətləri qurmaq ümidi verir.
ABŞ mayda İrandakı müəyyən şəxslər və İranın raket proqramına yardım edə biləcək Çin şirkətlərinə qarşı sanksiya tətbiq edib. Lakin, BBC-nin yazdığı kimi, bununla yanaşı Tramp yenilənməsi tələb olunan bir sıra digər sanksiyaların vaxtını uzatmayıb.
2006-2016-cı illərdə ABŞ və İran arasında ticarət dövriyyəsi on il ərzində üç milyard dollar təşkil edib. Müqayisə üçün – münasibətlər kəsilənə qədər 1978-ci ildə dövriyyə 6,7 milyard dollar təşkil edib. Sanksiyalar götürüldükdən sonra ABŞ-da fars xalçalarının satışı 8 dəfə, incəsənət əşyalarının satışı isə 2 dəfə artıb. Söz düşmüşkən, İran xalçaçılıq sənayesində 700 minə yaxın adam çalışır. ABŞ İrandan xalça və əntiqdən başqa kürü də alır.
ABŞ öz növbəsində İrana dərman, taxıl, düyü, soya, qarğıdalı, süd məhsulları, şokolad, taxta, ətriyyat və hətta damazlıq öküz sperması tədarük edir. Təbii ki, hər şey cüzi şəkildədir.
İran bazarı Amerika şirkətləri üçün dadlı tikədir. Bütün antiamerika ritorikasına baxmayaraq, İran istehlakçısı Qərb həyat tərzinin təsiri altındadır. Amerika şirkətləri kübar ətriyyatı və kosmetika, brend qadın geyimi, məişət elektronikası və kompüter texnikası (Apple məhsulu), avtomobil, tütün məhsulları, fast-fud və pop musiqi bazarlarında öz payını tuta bilərdi. Bütün bunlar İrana onsuz da qeyri-leqalcasına böyük həcmdə tədarük olunur və ya ölkədə və yaxud bölgədə lisenziyasız istehsal edilir. Amerika şirkətləri öz saatını gözləyir.
Burası da var ki, Dell şirkəti İranın Almaniya və Fransa səfirliklərinə bir neçə min avroluq kompüter sataraq bununla da sanksiya qaydalarını pozmaqda ittiham edilərkən adamın gülməyi gəlir.
Qaldı ki, təyyarələrə, yeri gəlmişkən, avropalılar da Boeing-dən geri qalmırlar.Airbus da artıq İrana təyyarə tədarük edir. IranAir üç təyyarə alıb, bu arada İranaATR şirkətindən 20 turbovintli təyyarə tədarükü üçün danışıqlar gedir.
İran prezident Həsən Ruhaninin 2016-cı ildə Avropa səfəri nəticəsində İran 40 milyard dollarlıq müqavilə bağlayıb. İtaliya və Fransa şirkətləri ağır texnika, neft-qaz kompleksi üçün avadanlıq tədarükünə başlamalı, İran avtomobil zavodları və Tehran, Məşhəd aeroportlarında terminal inşasına qatılmalıydı. Norveç, Avstriya, Almaniya və başqa ölkələrin şirkətləri 2016- cı il boyu İranın neft-qaz, metallurgiya və nəqliyyat sahələrində iş üzrə qarşılıqlı anlaşma haqda dalbadal müqavilələr imzalayıb. Bu sazişlərin bir qismi gerçəkləşməyə başlayıb. Məsələn, İtaliyanın dünyada metallurgiya sənayesi üçün aparıcı tədarükçülərdən biri Danieli qrupu bu il mayda 40 milyon dollar qoyaraq Tehran ətrafında Danieli Persia zavodunu işə salıb.
İran və Avropan şirkətləri arasında iqtisadi münasibətlərin inkişafına əsas maneə gəlir və yaxud fayda deyil, bankların İranla iri məbləğ sövdəsi aparmaq istəksizliyidir. Bu, birinci növbədə o cümlədən Amerikada da fəaliyyət göstərən banklara aiddir. Onlar qorxur ki, Amerika hökuməti cərimə və sanksiya qoyub əməliyyatı məıhdudlaşdıraraq nüfuza ləkə salar.
Və bu, boş hədə deyil. Məsələn, 2014-cü ildə Fransa BNP Paribas bankı sanksiyaları pozmaq üzündən 9 milyard ABŞ dolları ödəməyə məcbur olub və bir il ərzində dollar əməliyyatı aparmaqdan qismən məhrum olub.
Bununla belə, bu sahədə də don açılır. İran iyulda çirkli pulların yuyulması üzrə mübarizə üzrə Hökumətlərarası təşkilatın (FATF) “qara siyahı”sından çıxdaş olunacaq, mayda isə İranın Saman Bank-ı İtaliya tənzimləyicilərinin icazəsi ilə İtaliyada öz ofisini açıb. Bu, İranla AB arasında biznes aparmağı güclü şəkildə asanlaşdırmalıdır. İranla AB arasında mal dövriyyəsi 2017-ci ilin birinci rübündə 5,3 milyard avro təşkil edib. Və dövriyyələr ancaq çoxalır. Avropa nə zamansa daha müstəqil xarici siyasət apara bilsə, onda İranla münasibətləri sürətlə normallaşdırmağa bütün şanslar var.
"inosmi.ru"