Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

“Problemli kreditlərin birinci səbəbi müflisləşən vətəndaşlar, sahibkarlardır” -EKSPERT ŞƏRHİ

 “Problemli kreditlərin artmasının birinci səbəbi odur ki, müflisləşən sadə vətəndaşlar, sahibkarlar və şirkətlərin sayı artır. Bunun səbəbi isə iqtisadi böhrandır. Digər tərəfdən, ödəniş qabiliyyəti olanların da çoxu artıq banklara ödənişlərini dayandırır, çünki banklar güzəştlər tətbiq etmir – xüsusilə dollar kreditləri üzrə. Halbuki Konstitusiya Məhkəməsi bunu onlara tapşırmışdı”.

Yenixeber.org:  Bu sözləri iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bankların problem kreditləri ilə bağlı vəziyyəti “Yeni Müsavat” qəzetinə şərh edərkən deyib.

“Problemli kreditlərin birinci səbəbi müflisləşən vətəndaşlar, sahibkarlardır” -

Ekspertin sözlərinə görə, borclular başa düşür ki, bu gedişlə əbədi olaraq bankın borclusu olacaqlar, çünki manatın məzənnəsinə etibar yoxdur: “Həmçinin banklar borcunu ödəməyənlərə və ödəyənlərə fərqli münasibət göstərir. Ödəməyənlərə bəzən ciddi güzəştlər edirlər ki, borcun filan qədərini bağışlayırıq, heç olmasa filan qədərini ödə, krediti bağlayaq. Amma ödəyənlərə güzəşt etmirlər ki, pulu var ödəyir, qoy ödəsin. Hətta onları artıq faiz və cərimə ilə də yükləyirlər. Təbii, belə vəziyyətdə ödəyənlər də ödənişləri dayandırır. Real vəziyyət indi belədir ki, ağır durumda olan bank sahibləri və inzibatçıları banklarının bağlanacağı ilə barışıblar. Sadəcə, prosesi uzadırlar ki, banklardan mümkün qədər çox vəsait çıxara bilsinlər”.

Ekspertin fikrincə, bank rəhbərləri bankların bağlanacağı fikri ilə barışıb, buna görə də onları bankın ümumi vəziyyəti az maraqlandırır: “Yəni sistemli şəkildə düşünmürlər ki, necə edək ki, mümkün qədər çox borclu uzunmüddətli olsa da ödənişləri etməyə başlasın. Güzəştlər sistemi tətbiq etməyə, şəffaf olmağa çalışmırlar. Sadəcə, öz yaxınlarının və öz şirkətlərinin adına olan kreditlərin ödənişindən yayınmağa, digərlərini hədə-qorxu, zor və sair üsullarla məcburi ödəniş etdirməyə çalışırlar ki, sonda daha çox vəsait qoparıb aradan çıxsınlar. Təbii ki, haqqını bilən və müqavimət göstərən borcludan dərhal əl çəkirlər. Savadı olmayan, zəif, qorxan borcluların üstünə gedirlər. Kredit götürənlərin intihar etməsinin də əsas səbəbi budur. Məqsəd çox bəsitdir: bacardığım qədər artıq pul qopardım, bank batırsa qoy batsın”.

İqtisadçı deyir ki, belə şəraitdə hökumət sərt addımlar atmalıdır: “Qanunvericiliyə edilmiş son dəyişikliklər ümumən məhz buna yönəlib. Amma bu dəyişikliklər Palata tərəfindən çox bərbad və savadsız hazırlandığı üçün tətbiqi çox çətin olacaq. Digər tərəfdən, elə bu dəyişikliklərin bəziləri korrupsiya üçün şərait yaradır. Palataya fövqəladə səlahiyyətlər verilir, amma adekvat nəzarət mexanizmi yoxdur. Həm də Palatanın hazırladığı bu dəyişikliklər orada savadlı kadr problemi olduğundan xəbər verir. Savadsız adamın amalı düz olsa belə, əməli baş tutmayacaq. Amma amalın özünün də saflığı şübhəlidir. Çünki Palata rəhbərliyinin banklarla sıx bağlılığı var və bu da real sərt addımlar atılacağını şübhə altına qoyur”.

Bəs nə etmək lazımdır? Əkrəm Həsənov diqqətə çatdırdı ki, ilk növbədə bütün banklarda yoxlama aparıb saxta kreditlər yolu ilə mənimslənilmiş vəsaitlərin qaytarılmasına nail olmaq lazımdır: “Daha sonra müflisləşmə haqqında qanunvericiliyi təkmilləşdirərək ödəniş qabiliyyətini itirmiş vətəndaşların özlərini müflis elan etməsi üçün şərait yaratmağa ehtiyac var. Ödəniş qabiliyyəti olan borclulara isə adekvat güzəştlər tətbiq etmək lazımdır. Dəfələrlə mən də, digər ekspertlər də maliyyə ombudsmanı institutunun yaradılmasını təklif etmişik ki, bu problemlərin şəffaf və ədalətli həllinə nail olunsun”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam