Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Gecikmiş kreditlər: "Bankların statistikalarında bunu məqsədli şəkildə dəyişirlər"

Gecikmiş kreditlər- banklar statistikanı dəyişir?

 

Ekspertlər bildirirlər ki, banklar dollar kreditlərinin artıq ödənildiyini göstərməkdə maraqlıdırlar...

 

Xeberinfo.com:   Geri qaytarıla bilməyən kreditlərin problemi iki ilə yaxındır ki, həllini gözləyir. Ekspertlər bunu narahatlıqla vurğulasalar da, aidiyyəti qurumlar dövlətdən və banklardan heç bir yardım edilməyəcəyini açıqlayıblar. Nəticədə daha çox dolların bahalaşması səbəbindən dollar kreditlərində yaranan problem manat kreditlərinə də təsir göstərir. 
 
Vətəndaşlar artıq manat kreditlərini də ödəyə bilmirlər. Son olaraq isə rəsmi şəkildə açıqlanıb ki, gecikmiş kreditlərin arasında manatla olanların faizi daha çoxdur. Ekspertlərin buna münasibəti birmənalı deyil.
 
Ekspert Əkrəm Həsənov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, gecikmiş kreditlərin arasında manatla olanların faizinin daha çox olması fikri doğru deyil: “İnanmıram ki, gecikmiş manatla kreditlər daha çoxdur. Dollarda olan və geri qaytarıla bilməyən kreditlərin məbləği, faizi daha çoxdur. Sadəcə, bankların statistikalarında bunu məqsədli şəkildə dəyişirlər. Məsələn, dollar kreditlərinin vaxtını uzadırlar, müştərilərlə yeni müqavilələr bağlayırlar. Bu yolla göstərirlər ki, dollar kreditlərində vəziyyət normaldır. Amma manat kreditində banklar vaxtı uzatmırlar. Əksinə, müştərilər müddətin artırılmasında maraqlıdır. Ona görə vəziyyət belə görünür. Çünki bununla göstərməyə çalışırlar ki, həm vətəndaşların kreditləri, həm biznesmenlərin kreditləri əsasən dollarla olanda onlar ödənişi verirlər”.
Ekspert Fikrət Yusifov isə musavat.com-a deyib ki, gecikmiş kreditlərlə bağlı vəziyyət bir o qədər ürəkaçan deyil: “Ümumi mənzərə belədir ki, bu ilin yanvar ayı ilə müqayisədə ümumi kreditlərin həcmi 4,4 milyard manat və ya 20,8 faiz azalsa da, gecikmiş kreditlərin məbləği 278,3 milyon manat artıb. Bu, o deməkdir ki, bankalar kreditlərin ödənilməsindəki çətinliklərin aradan qaldırılması üçün daha real addımlar atmalıdırlar. Hesab edirəm ki, banklar yaranmış vəziyyətdə müştərilərə maksimum güzəştlər etməyə üz tutmalıdırlar. İlk növbədə belə kreditlər üzrə faiz dərəcələri simvolik bir həddə qədər azaldılmalı və kreditin ödəniş vaxtı maksimum uzadılmalıdır ki, müştəri onun ödənişini təmin edə bilsin. Əks halda, vaxtı keçmiş kreditlərin həcmi daha da arta bilər ki, bu banklar üçün arzuolunan hal deyil. İndi artıq Maliyyə Sabitliyi Şurası, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən görülən tədbirlər nəticəsində kreditlərin verilməsi sahəsində müəyyən dönüş yaranıb. Kredit bürolarının yaradılması ilə bu məsələnin tam qaydaya düşəcəyi şübhəsizdir. Yəni artıq banklar kimə kreditin verilə bilməsi seçimini dəqiq edə biləcəklər”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam