Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiyanın müdaxiləsi ilə yaranan Yeni Yaxın Şərq:İranın hərbi doktrinasına zidd siyasət


Rusiya prezidenti Vladimir Putin və onun iranlı həmkarı Həsən Ruhani son dörd ildə səkkizinci dəfə görüşəcək. 

Yenixeber.org:  "Tehran Times"ın məlumatına görə, hər iki tərəf müxtəlif iqtisadi və siyasi məsələlərlə bağlı ondan çox sənədi imzalayacaq.

Moskva danışıqları post-Soyuq müharibə dövründə Moskva və Tehran arasında münasibətlərin real təbiətinin ətraflı müzakirəsini tələb edir.

Qərbdə, xüsusilə neomühafizəkar strategiyaya görə, Suriyada Rusiya-İran hərbi əməkdaşlığını dayandırmanın çarəsi var. İsraildəki sağ siyasi qanadla yanaşı, onlar güman  edir ki, İran və Rusiyanın dəstəklədiyi Bəşər Əsədin devrilməsi üçün vahid cəbhə yaradılmalıdır. Çünki Suriyada vətəndaş müharibəsini sona çatdırmanın diplomatik həll seçənəyi yoxdur.

Öz növbəsində, İran əsasən Pakistan, Əfqanıstan və İraq döyüşçülərindən təşkil olunmuş Livan "Hizbullah"ı və şiə milislər ilə ittifaqa üstünlük verir.Onlar Suriya hökumətinə qarşı üsyan qaldırmış Hələb bölgəsi və digər şəhərləri tutmaq üçün qeyri-rəsmi hərbi qruplarla mübarizə aparırlar.

2016-ci ilin noyabrında İran və Suriya hökumətləri ilə müttəfiq olan hərbi qruplar hər gün 15 itki verirdi, – bu, mənə Fransanın hərbi rəsmiləri ilə aparılmış şəxsi müsahibələrdə deyilib.

Digər tərəfdən, Rusiya Suriyada dövlət təsisatlarının qorumasını istəyir. O, "Hizbullah" və şiə milislərdən ibarət hərbi qrupların məzhəb təəssübkeşliyini dəstəkləmir.

Amma bu, post-Soyuq müharibə dövründə həqiqətən də Rusiya-İran anlaşmasının sona çatması mənası verirmi?

Bir neçə amil bunun əksinə dəlalət edir.

Keçən ilin fevral ayında Moskvada bir araya gəldiyim Yaxın Şərq mütəxəssislərinin fikrincə, İŞİD-ə qarşı müharibədə Rusiyanın ABŞ-ın kiçik ortağı olmağa heç bir marağı yoxdur. Buna görə də, dominant güc kimi o, Tehranla tərəfdaşlığı qorumaq niyyətindədir.

1980-ci illərin sovet-Əfqanıstan müharibəsindən sonra Tehran və Moskvanın Qərb dövlətlərinə və onlarla mümkün əlaqələri olan üsyançı sünni qruplara ümumi inamsızlığı var.

Rusiyanın Tramp administrasiyasına şübhələrinə artıq sübutlar var. Bunun nəticəsi regionun bütün ölkələri – İran, İsrail və Körfəzin neft zəngini olan krallıqları ilə Rusiyanın Antanta diplomatik strategiyasının davamı etməsidir.

Moskva, şübhəsiz, Krımın ilhaqından bəri tətbiq edilən iqtisadi sanksiyaların yüngülləşdirilməsinə qədər Vaşinqtondan güzəştlər əldə etmək üçün İranla əlaqələri möhkəmləndirəcək.

Bundan ötrü o, həm regionda ("terrorizm"ə qarşı mübarizə), habelə mülki nüvə fəaliyyəti kimi mühüm strateji sahələrdə İranla əməkdaşlığı gücləndirməli və inkişaf etdirməlidir. Rusiya hazırda Fars körfəzi sahilində, Buşəhr AES üçün iki yeni reaktorun inşasına kömək və bu ölkəni S-300 zenit sistemi ilə təchiz edib.

Tramp administrasiyası Rusiya ilə İranın arasını vurmağa çalışır, oğul-Corc Buşun prezidentliyi dövründə (2000-2008) İran və Qərb arasında gərginlik zamanı Moskvanın tutduğu vasitəçilik mövqeyindən də kənarlaşdırmaq istəyir.

O zamanlar Rusiya nüvə məsələsinin həlli və Vaşinqtonun İrana qarşı birtərəfli sanksiyalar siyasətini nizamlamaq üçün Tehrana qarşı güc istifadəsi təhdidinə qarşı çıxırdı.

Rusiya 2015-ci ildə Suriyadakı vətəndaş müharibəsinə hərbi müdaxilə etməsindən bəri "terrorla", xüsusilə Tehranın təkfirçi (dönük) adlandırdığı sünni cihadçı qruplarla mübarizdə İranla birgə hərəkət edir.

Yeni Yaxın Şərqin üzə çıxması nəticəsində yaranan əlaqələrin dərinləşdirilməsi ilə bərabər, Suriyada Rusiyanın hərbi mövcudluğu və sünni cihadçılara qarşı mübarizədə yeni hərbi ittifaq yaranıb. Amma Suriyaya Rusiyanın hərbi müdaxiləsi həm də regional təhlükəsizliklə bağlı İran hərbi doktrinasının probleminə çevrilib.

Dini hakimiyyət ətrafında cəmləşmiş hökumətin yaradılışı ilə nəticələnən 1979-cu il İslam inqilabından bu yana, Tehran regionda xarici qüvvələrin bütün hərbi müdaxiləsini rədd edir, Qərbi Asiya (iranlıların Yaxın Şərqə verdiyi ad) regionundan kənar ölkələrin bütün hərbi müdaxilələrini qeyri-mümkün etməyə çalışır.

İran diplomatları tez-tez İran, Rusiya və Çin kimi müstəqil dövlətlər, habelə Fars körfəzinin neftlə zəngin krallıqları kimi Birləşmiş Ştatlarından asılı ölkələr arasında fərq qoyur.

Tehranla müqayisədə Suriyaya hərbi müdaxilə ilə Rusiya hakim beynəlxalq sistemdə daha böyük problem yaradıb və cini şüşədən çıxarıb.

2016-ci ilin avqustunda Rusiya İranın Həmədan şəhəri yaxınlığındakı hərbi bazadan istifadə etdiyini bildirəndə, bu, İslam Respublikasında mübahisəyə səbəb oldu, çünki Konstitusiyaya əsasən, İran ərazisində xarici bazaların yaradılması qadağandır.

İran parlamentinin sədri Əli Laricani dedi ki, Rusiya hava qüvvələri yalnız Suriyada "terrorçuları" bombalamaq üçün bazadan müvəqqəti istifadə ediblər.

Qlobal dövlət və regional ölkə arasında asimmetrik tərəfdaşlığın məhdudiyyətlərinə baxmayaraq, İran siyasi elitasının köhnə rus düşməni dosta çevirmə şücaəti layiqincə alqışlanmalıdır. Çünki İkinci dünya müharibəsinin sona çatmasından tutmuş 1983-cü ildə İran siyasi səhnəsindən çıxana qədər İran kommunistlərinin Tudə Partiyası buna nail olmaqda uğursuz oldu.

Klement Terme,

Ali Sosial Elmlər Məktəbi (Fransa)

"Huffington Post"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam