Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSİYA VƏ İRAN SURİYADA YOLLARINI AYIRIR:Putin Bəşər Əsədi Səudiyyə Ərəbistanıyla münasibətlərə qurban verir – Təhlil

Herbert Pundik

Politiken (Danimarka), 26.11.2017

 

Yenixeber.org: Putin, Ruhani və Ərdoğanın Putinin qışda qalmağa üstünlük verdiyi Soçidə yüksək səviyədə görüşü Suriya vətəndaş müharibəsindən münaqişənin dinc həlli haqda danışıqlara keçidə dəlalət edir. Həm Rusiya, həm də İran və Türkiyənin mətbuat katibləri bildiriblər ki, üç dövlətin liderləri “əsas məsələlər” üzrə razılığa gəliblər, amma məlum olduğu kimi, problemlər məhz detallardan ibarət olur.

İstisna deyil ki, Soçi bununla yadda qalacaq ki, bu sammit Moskva, Ankara və Tehran arasında əməkdaşlığın sonunun başlanğıcı idi. Bununla bağlı Türkiyənin önəmi azdır. Ankaranın əsas marağı buna calanır ki, ABŞ-ın müttəfiqi olan və bu yaxınlarda İŞİD xilafətinin paytaxtını götürmüş Suriya kürdlərinin muxtariyyət qurmaq arzusunun təcəssümünə mane olsun. Ankara Suriya kürdlərini terrorçu adlandıraraq onları pisləyir və ehtiyat edir ki, Suriyada muxtar vilayətin tanınması Türkiyə kürdlərinin özünüidarəçilik tələbinə təkan verəcək. Ankara bu məsələdə təkcə NATO üzrə müttəfiqi ABŞ-la deyil, həm də kürdləri dəstəkləyən Moskva ilə də münaqişə durumuna düşüb.

Azlıqlar fövqəldövlətlərin  nüfuz uğrunda savaşında həmişə faydalı olublar. İran Suriya vətəndaş müharibəsində qalibdir və ölkədəki mövqelərini əldən verməyə hazırlaşmır. Suriya Tehranın Səudiyyə Ərəbistanının nüfuzunu neytrallaşdırmağa müncər edilən Yaxın Şərq strategiyasında mərkəzi rol oynayır. Suriya üzərində nəzarət həm də Livan üzərində davam edən Suriya nəzarətinin davamı üçün çıxış nöqtəsidir. Tehran İsraillə həmsərhəd Livan üzərindən ABŞ-ın bir müttəfiqini, Suriyanın cənubunda isə Holan təpələri üzərindən Amerikanın başqa müttəfiqini – İordaniyanı hədələyə bilər.

Beləliklə, Suriyada nüfuz Tehrana təhlükəsizlik siyasəti sahəsində üstünlük verir.Suriya sahilindəki Hərdb Dəniz Donanmasının (HDD) bazası İranın Aralıq dənizinə çıxışını təmin edir.

İranla Rusiya arasında fikir ayrılığı artacaq, çünki Moskva Suriyanın gələcəyinə dair planlarını açıqlayır, bu isə İran maraqlarının ziddinədir.

Putin müharibədə öz məqsədlərinə yetib: Bəşər Əsədin və öz hərbi bazalarının salamatlığını təmin edib, ərəb dünyasında ABŞ-dan fərqli olaraq öz dostlarını satmayan adam kimi sayğı qazanıb, qanlı vətəndaş müharibəsinə son qoyduğu üçün beynəlxalq nüfuz əldə edib və həm də prezident seçkilərin ərəfəsində vətənində öz mövqelərini möhkəmləndirib.

Putin planının növbəti mərhələsi Moskvanın özünün masa üzərinə qoyduğu layihə əsasında yeni konstitusiya hazırlamalı olan keçid dövrü Suriya hökumətinin qurulmasıdır. Sonra isə seçkilər təyin ediləcək. Soçi sammiti çərşənbə günü baş tutub. Bəşər Əsəd bazar ertəsi Moskvaya çağırılıb. Moskvadan məlumatlara görə, Putin ona öz planları haqda məlumat verib. Danışılanlar düzdürsə, Əsəd öyrənib ki, prezident kimi onun ömrünə az qalıb.

Və bu bildirir ki, İranla Səudiyyə Ərəbistanı arasındakı mübarizədə kimin tərəfini tutacağını müəyyənləşdirib. İrəli getmək üçün Ər-Riyadın onu qəbul etməyi lazımdır, çünki Səudiyyə Ərəbistanının Əsədə qarşı vuruşan ən önəmli təşkilatlara böyük təsiri var. Varis şahzadə Məhəmməd ibn-Salmanın tələbi buindan ibarətdir ki, Əsəd getməlidir  ("Asad must go"). ABŞ bunu həmişə tələb edib, amma onu buna vadar etməyə Putin nail olub.

Tehran Putinin yeni konstitusiya və parlament seçkiləri planına qarşı çıxır, çünki beynəlxalq təşkilatların nəzarəti altında seçkilər əhalini təmsil edən sünni müsəlmanların çoxluq təşkil edəcəyi parlamentin meydana çıxmasına səbəb olacaq. Əsəd rejiminin 30 ildən çox təqib etdiyi “Müsəlman qardaşlar” xalqın seçdiyi parlamentdə həlledici təsirə malik olmaq istəyir və İraq üzərindən İranla Suriya arasında, sonra isə Aralıq dənizi ilə yerüstü əlaqə qurmaq vasitəsilə Tehranın Levantada nüfuzun cəmləşdirilməsinə yönəlmiş İran planı fəlakətə uğrayır.

Suriya münaqişəsində Rusiya-İran alyansı ümumi maraqlar üzərində qurulub: İŞİD və bunun kimi terrorçu təşkilatların cihadçılarıyla mübarizə və ABŞ-ın Yaxın Şərqdə nüfuzuna qarşı müqavimət və Əsəd rejiminin müfdafiəsi.

İŞİD xilafəti indiki formasında məğlub edilib, Əsəd rejimi Rusiya təyyarələri və İranın dəstəklədiyi “Hizbullah” tərəfindən xilas edilib. İndi isə yollar ayrılır.

Moskva vətəndaş müharibəsini bitmiş sayır və getmək haqda düşünür. Putinin növbəti vəzifəsi Rusiyanın ABŞ və Avropa ilə münasibətlərini yaxşılaşdırmaq olacaq.

Amma, bax, Tehranın baxımından Suriya vassal dövlətə çevrilməyibsə, orada münaqişə başa çatmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam