Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda vəfat etmiş 897 nəfərə pensiya verilirmiş

Azərbaycanda vəfat etmiş 897 nəfərə pensiya verilirmiş

 

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 01.01.2016-01.01.2017-ci il dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin Şöbənin saxlanılması xərclərinin icrasına dair həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiqləyib.

Yenixeber.org: Palatadan Modern.az-a verilən məlumata görə, nəticələrə görə, sığortaedənlərin və sığortaolunanların qeydiyyatı və uçotu əsasən mövcud qanunvericiliyin tələblərinə uyğun aparılıb. 1 yanvar 2017-ci il tarixə Şöbədə 6055-nin fəaliyyəti olmaqla cəmi 12379 təsərrüfat subyekti, o cümlədən büdcə sektoru üzrə 34-nün fəaliyyəti olmaqla 40, qeyri-büdcə sektoru üzrə 413-nün fəaliyyəti olmaqla 1036 hüquqi şəxs, 5608-nin fəaliyyəti olmaqla 11303 fiziki şəxs qeydiyyatda olub. 

 

Auditə təqdim olunmuş müvafiq məlumatlara əsasən, 2016-cı il ərzində Şöbədə qeydiyyatda olan və fəaliyyət göstərən sığortaedənlər tərəfindən 18557,6 min manat həcmində əmək ödənişi və gəlirlər hesablanıb ki, bunun da 37,2 min manatı və ya 0,2%-i məcburi dövlət sosial sığortasına cəlb edilməyən, 18520,4 min manatı və ya 99,8%-i məcburi dövlət sosial sığortasına cəlb edilən gəlirlər olub, məcburi dövlət sosial sığortasına cəlb edilən gəlirlər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqı 5303,6 min manat təşkil edib.

 

Əmək pensiyalarının təyinatı və ödənişi araşdırılarkən müəyyən edilib ki, audit olunan dövr ərzində 1190  yeni pensiya təyinatı aparılıb, 171  nəfər əmək pensiyaçısı pensiyanın bir növündən  digər növünə keçirilib, 33 pensiya işi Fondun digər rayon şöbələrindən daxil olub, 72 pensiya işi pensiyaçının köçməsi ilə əlaqədar Fondun digər şöbələrinə göndərilib, 897 pensiya işi üzrə ödəniş pensiyaçının vəfat etməsi ilə əlaqədar dayandırılıb.

 

Pensiya təyinatı və ödənişi üzrə bəzi nöqsanlara yol verilmiş, bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sığorta) stajları haqqında məlumatlar, ailə başçısını itirməyə görə əmək pensiyası təyinatı aparılarkən əmək qabiliyyətsiz ailə üzvlərinə pensiya təyin olunub-olunmaması ətraflı araşdırılmadan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı zamanı güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılıb.

 

Müvafiq məlumatlara əsasən 1 yanvar 2016-cı ildən ünvanlı dövlət sosial yardımının (ÜSY) Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsi ilə həyata keçirilməsinə başlanılanadək 698 ÜSY təyinatı aparılıb, həmin dövr ərzində 59 təyinat üzrə ÜSY ödənişi müxtəlif səbəblərdən dayandırılıb.

 

Araşdırma zamanı müəyyən edilib ki, bir sıra hallarda ailənin sosial müavinətlərdən, əmək pensiyalarından və əmək haqlarından gəlirləri, həmçinin ailənin istifadəsində nəqliyyat vasitəsi olması haqqında ərizəçi tərəfindən məlumat verilməyib, müxtəlif səbəblərdən bağlanmış ÜSY hesabları üzrə bank qalıqları qalmış, 3 aydan artıq müddətdə alınmayan ÜSY məbləğləri üzrə müvafiq hesablara ÜSY ödənişi dayandırılmayıb.

 

Nazirliyin internet səhifəsində ÜSY alanların siyahısı üzrə məlumatlara əsasən Gəncə şəhəri üzrə 1336 ailəyə VEMTAS vasitəsilə təyinat aparılıb.

 

Auditin gedişində VEMTAS vasitəsilə ÜSY təyinatının düzgünlüyünün araşdırılması məqsədilə Nazirliyin internet saytındakı adlı siyahıdan seçmə qaydada 53 ÜSY işi üzrə monitoriq təşkil edilib.

 

Monitorinq zamanı ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, müraciət etmiş ailənin tam fərqli ünvanda yaşaması və ya qeydiyyat ünvanında ailəni tanımayan vətəndaşların yaşaması, ailə başçısının itirilməsinə görə əmək pensiyası, həmçinin güzəştlər qismində sosial müavinət alan şəxslərin VEMTAS tərəfindən üzrlü səbəbdən işləməyən şəxslər kimi qəbul edilməsi kimi ümumi nöqsanlarla yanaşı, ümumi ev təsərrüfatında olan ailələrin ayrılıqda təqdim etdikləri elektron müraciətlərində göstərdikləri eyni ünvan və eyni elektrik sayğacı nömrəsinin, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara rast gəlinib.

 

31 dekabr 2016-cı ildə Gəncə şəhəri üzrə dövlət büdcəsindən maliyyələşən 14077 aylıq sosial müavinət,  təqaüd  və kompensasiya işi olub. Aparılmış audit nəticəsində sosial müavinətlərin və təqaüdlərin təyin edilməsi və ödənilməsində, habelə həmin  işlərin mərkəzləşdirilmiş xüsusi proqram təminatına işlənilməsində bir sıra nöqsan və çatışmazlıqlara  yol verildiyi  müəyyən edilmişdir. Belə ki, müavinət işlərinə bir sıra hallarda zəruri sənədlərin, o cümlədən etibarlılıq müddəti bitmiş şəxsiyyəti təsdiq edən sənədlərin yenisinin surətlərinin əlavə edilməməsi halları aşkar edilmişdir. Mərkəzdə real vaxt rejimində fəaliyyət göstərən proqram təminatında bir çox hallarda müavinət işlərinin dayandırılması səbəbləri göstərilməmiş, müavinət alan şəxslər barədə məlumatlar tam daxil edilməmiş, sosial müavinət alan şəxsin yaşayış yerinin dəyişməsi və yaxud əmək pensiyası almaq hüququnun yaranması ilə əlaqədar sosial müavinət işlərinin köçməsinin qeydiyyat jurnalındakı bağlanma tarixləri ilə müavinət işinin bağlanma tarixləri arasında uyğunsuzluqlar mövcud olmuş, müavinət alanların şəxsiyyət vəsiqələrində göstərilən “FİN kod”lar bir sıra hallarda proqram təminatına işlənilməyib.

 

Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların əksər hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində aradan qaldırılmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Şöbəyə Kollegiya qərarının surəti və müvafiq Təqdimat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə isə Kollegiya qərarının surəti göndərilib və Milli Məclisə məlumat təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam