Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

İcra başçısı büdcə vəsaitini belə mənimsəyib –RƏSMİ

01-17.09.16-2 (1)

Yenixeber.org:   Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-sentyabr aylarında Masallı Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Məlumata görə, Masallı rayonu Lənkəran İqtisadi rayonuna daxil olmaqla, ərazisi 721 km², əhalisinin sayı 218,5 min nəfər, o cümlədən mənzil fonduna aid əhalinin sayı 4115 nəfər, mənzil fondunun yaşayış sahəsində özəlləşdirilmiş mənzillər 37445 m², dövlət mülkiyyətində olan mənzillərin yaşayış sahəsi isə 8435 m² və müntəzəm süpürülən sahə 460900 m² təşkil edib.

Audit 6 qurumda həyata keçirilib və ümumilikdə 4,4 mln. manat məbləğində vəsait əhatə olunub. Auditlə müəyyən edilib ki, Masallı rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən proqnozların tərtibi bir sıra hallarda iqtisadi əsaslandırmalar aparılmadan, həmçinin real tələbatlar müəyyən edilmədən aparılıb. Mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməyib, mənzil fondunun hər m²-ə düşən xərclər araşdırılmayıb, mənzil fondunun gəlirləri, o cümlədən mənzil haqqı az hesablanıb. Küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərcləri üzrə təqdim olunmuş proqnoz bu sahəni tənzimləyən müvafiq normalara uyğun müəyyən edilməyib. Şəhərdə olan işıq nöqtələrinin və yaşıllıq sahələrinin uçotu aparılmadan və müvafiq illər üzrə “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə xərclər tam araşdırılmadan proqnozlar tərtib edilərək təsdiqlənib.

“Yolların əsaslı təmiri” xərc maddəsi və “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə vəsaitlərin istifadəsi zamanı işlərin dəyərinin və iş həcmlərinin artırılması hallarına yol verilib. Müqavilə şərtlərinə riayət edilməməsi səbəbindən büdcə vəsaiti podratçılara artıq ödənilib, quraşdırılmış işıq dirəkləri və xətləri əsas vəsait kimi uçota alınmayıb. Təsərrüfat gəlirləri hesabına maliyyələşməli bəzi xərclər büdcə vəsaiti hesabına ödənilib, artıq yanacaq və material silgisinə yol verilib. Bir halda vergi qanunvericiliyinə əməl olunmayıb, məişət tullantılarının daşınması üzrə marşrut və manevr xətləri müəyyən edilməyib. Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi məqsədi ilə bağlanmış bəzi müqavilələr Tarif Şurasının müvafiq qərarına uyğun olmayıb. Qurumlar tərəfindən satınalmalar üzrə qanunvericiliyin bəzi tələblərinə əməl edilməyərək satınalma proseduru keçirilmədən müqavilələr bağlanıb, keçirilən satınalmalarda isə iddiaçılardan müvafiq məlumatlar tələb edilməyib. Podratçılarla bağlanılmış müqavilələrin xüsusi şərtləri tərtib olunmayıb, müqavilənin yerinə yetirilməsinin təminatı alınmayıb.

Hesablama Palatasının Kollegiyası Masallı Rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların müəyyən hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla, bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə Kollegiya qərarının surəti İcra Hakimiyyətinə göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam