Bu ölkədə faşizmə qarşı 200 minlik aksiya keçirilib-FOTO
İtaliyanın paytaxtı Roma şəhərində faşizmə qarşı etiraz aksiyası keçirilib.
Yenixeber.org: BBC xəbər verir ki, aksiyada təxminən 200 min insan iştirak edib.
Nümayiş keçən həftə sonu Covid-19 sertifikatı tələbinə etiraz zamanı İtaliyanın ən böyük həmkarlar ittifaqının binasına edilən hücuma cavab olaraq təşkil edilib.
“Faşizm bir daha əsla” şüarı ilə keçirilən aksiya həmkarlar ittifaqları tərəfindən dəstəklənib.
Həmkarlar ittifaqının binasına hücuma görə neofaşist “Forza Nuova” partiyası ittiham edilir. Aksiyaçılar partiyanın ləğv edilməsini tələb edib.
Qeyd edək ki, İtaliyada qüvvəyə minən yeni qərarla bütün işçilərə COVID-19 sertifikatı məcbur edilib. Sertifikatı olmayan dövlət və özəl müəssisələrdəki işçilər hər 48 saatdan bir koronavirusa qarşı test verməyə məcbur olacaq. Qərar iş yerlərində narazılıqlara səbəb olub. “Yaşıl passport” adlanan sertifikatı olmayan işçiləri ödənişsiz işdən azad etmə və 1500 avroya qədər cərimə kimi cəzalar gözləyir.