Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Dünyada COVID-19-dan sağalanların sayı -2,5 milyonu ötdü

Dünyada koronavirusdan sağalanların sayı 2 508 291 nəfərə çatıb.

Yenixeber.org: Bu barədə xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, COVID-19-un aşkarlandığı bütün ölkələrdə təhlükəli virusdan sağalanların ümumi sayı tədricən artır.

COVID-19-dan ən çox sağalma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 490 130 insan təhlükəli virusdan xilas ola bilib.

Siyahıda sonrakı yerdə İspaniya qərarlaşıb. Bu ölkədə 196 958 xəstə yenidən həyata qayıdıb. Braziliya bu siyahıda üçüncü yerdədir. Ölkə həkimləri koronavirusa yoluxmuş 166 647 insanı sağalda biliblər.

Almaniyada 162 800 nəfər, Rusiyada 150 993 insan pandemiyanın qurbanı olmaqdan qurtulub. İtaliyada 147 101 xəstə, Türkiyədə 122 793 nəfər, İranda 111 176 koronavirus daşıyıcısı, Çində COVID-19 infeksiyasına yoluxmuş 78 288, Hindistanda 67 753 xəstə virusdan sağalıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam