Redaktor seçimi
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Günün xəbəri

Bu ölkədə partiya sədri koronavirusa yoluxdu

 

 

Hazırda koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada koalisiyon hökumətdə təmsil olunan Demokratik Partiyanın lideri Nikola Dzinqarettidə koronavirus aşkarlanıb.

Yenixeber.org: “Habertürk” xəbər verir ki, bunu siyasətçi “Facebook” səhifəsində elan edib.

N.Dzinqaretti sosial şəbəkədəki hesabında canlı yayıma çıxaraq “məndə koronavirus var” deyib. Siyasətçi hazırda evdə karantin şəraitində saxlanıldığını və onunla indiyədək təmasda olan hər kəsin nəzarət altına alınacağını vurğulayıb.

Qeyd edək ki, İtaliyada koronavirusdan ölənlərin sayı 197 nəfərdir. Yoluxanların sayı isə 4 600-ü ötüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 98 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103 973 çatıb. Bunların 58 525 nəfəri sağalıb, 3 524 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam