Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Nuşirəvan Məhərrəmli:“Əvvəlki illərə nisbətən qanun pozuntuları azalıb"

Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəsmi “Facebook” və “Twitter” səhifələri fəaliyyətə başlayıb.

Yenixeber.org:   Bununla bağlı MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu səhifələr zərurətdən yaradılıb: “Rəsmi sosial hesabımızın yaradılması sosial media ilə işləmək zərurətindən yaranıb. Biz də bu səbəbdən belə addım atdıq. Hesab edirəm ki, bunun ancaq xeyri ola bilər”.

Televiziyalarla bağlı problemlərə münasibət bildirən N.Məhərrəmli bildirib ki, bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada var: “Bu problemləri qanunvericiliyin bizə verdiyi sərhədlər çərçivəsində həll etməyə çalışırıq. Əvvəlki illərə nisbətən qanun pozuntuları azalıb, əvvəlki tendensiya yoxdur. Bildiyiniz kimi, Azərbaycanda tamaşaçılar, əhali üçün seçim imkanları genişdir. Azərbaycanda həm dövlət, həm də özəl televiziyalar fəaliyyət göstərir. Bəzi kanallarımız var ki, bu kanallarda əhalini narahat edən şou ilə bağlı verilişlər yoxdur. Yəni, insanlarımız rahat şəkildə o kanallara baxa bilərlər. Amma şou xarakterli verilişlərə baxmaq istəyən təbəqə üçün də özəl kanallar var”. /APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam