Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"MTRŞ qərar qəbul etməzdən əvvəl düşünməlidir"

“MTRŞ qərar qəbul etməzdən əvvəl düşünməli, ANS isə ..” - Qulu Məhərrəmli

 

 

Media eksperti Qulu Məhərrəmli Milli Televiziya və Radio Şurasının (MTRŞ) ANS TV-də yayımlanan "Hesabat" verilişinin efirə getməsini dayandırması və daha sonra qərarını dəyişməsinə münasibət bildirib. 
Xeberinfo.com:   Musavat.com saytına açıqlama verən ekspert qeyd edib ki, “Hesabat” verilişinin yayımının davam etdirilməsi müsbət  haldır: “Kimin haqlı olduğunu araşdırmağa başlasaq, çox dərinliyə gedib çıxacağıq. Bir televiziya adamı olaraq ANS-in populyar verilişlərindən birinin yayımının bərpa olunması mənim üçün önəmlidir. “Hesabat”ın yayımını davam etdirməsi müsbət hadisədir. Gələcəkdə həm televiziya diqqətli olmalıdır, həm də MTRŞ qərar qəbul etməzdən əvvəl düşünməlidir. Önəmli olan MTRŞ ilə ANS arasındakı  münasibətlərin normal məcraya yönəlməsidir. Onların işgüzar əməkdaşlığı olmalıdır. Aralarındakı gərginliyin artması yaxşı heç nə vəd etmir. Bizim üçün önəmli nəticə “Hesabat”ın yayımlanmasıdır. Hazırda ictimai-siyasi verilişlərdə qeyri-peşəkarlıq və məhdudiyyət var.  Bu verilişin bağlanması  mənzərəni daha da tündləşdirərdi.  Verilişin davam etməsi yaxşı hadisədir”
Qeyd edək ki, ötən gün keçirilən mətbuat konfransında MTRŞ-nın sədri Nuşirəvan Məhərrəmli bildirib ki, telekanal rəhbərliyinin səmimi etirafını nəzərə alaraq, "Hesabat" verilişinin yayımının bərpa olunması haqda qərar qəbul ediblər.
MTRŞ-nın qərarı ilə bağlı saytımıza açıqlama verən ANS Şirkətlər Qrupunun prezidentinin media məsələləri üzrə müşaviri Mais Məmmədov bildirib ki, qərar dəyişikliyinə Nuşirəvan Məhərrəmli aydınlıq gətirməlidir: "Nuşirəvan Məhərrəmliyə zəng edib soruşun ki, niyə verilişin yayımının dayandırılması barədə verdiyi əmri geri çəkdi? Mən bu haqda nə deyə bilərəm? Şükür Allaha ki, bizdə demokratiya var. Veriliş bağlandığı kimi açıldı. Biz nə etmişik? Xalq düşməniyik, ya partlayış törədirik? Jurnalistik və yazırıq. Mən bilən o quruma rəhbərlik edən adam jurnalistikaya uzaqdır. Mənim fikrim belədir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam