Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MTRŞ sədri ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib

nusirevan-meheremli1Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin məhkəməyə müraciət etməsinə münasibət bildirib.

Xeberinfo.com:   APA-nın məlumatına görə, N.Məhərrəmli bildirib ki, məhkəmə hansı qərarı çıxaracaqsa, MTRŞ ona uyğun hərəkət edəcək.

N. Məhərrəmli bildirib ki, ANS TV-nin tezliyi ilə bağlı məsələyə də məhkəmə qərarından sonra baxıla bilər.

ANS TV-nin tezliyinin “Günəş” TV-yə veriləcəyi barədə məlumatlara da münasibət bildirən MTRŞ sədri bu məsələnin gündəmdə olmadığını deyib: “Hazırda “Günəş” TV öz tezliyində yayımlanır, digər tərəfdən “Günəş” TV regional televiziya kanalıdır. ANS TV-nin tezliyinin “Günəş” TV-yə aidiyyəti yoxdur. Ancaq məhkəmə qərar verəndən sonra tezlik məsələsinə baxıla bilər”.

N. Məhərrəmli yeni televiziya kanalının açılmasının gündəmdə olmadığını da bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam