Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

RUSİYANI TÜSTÜ VƏ SU BOĞUR –Hökumət acizdir (VİDEO)

20190727-sibir-1

Rusiyada artıq 1 aydan çoxdur davam edən meşə yanğınlarının yaratdığı tüstü qatı artıq Arktikaya çatıb.

Yenixeber.org: Rusiya mətbuatı xəbər verir ki, Arktika zonasında, Şimal Buzlu okeanın sahillərində yerləşən azsaylı yaşayış məntəqələri həyəcan təbili çalırlar.

Xeta və Xatanqa qəsəbələrində yerli əhali sıx tüstü qatından, onun yaratdığı qoxudan boğulduqlarını bildirir. Digər tərəfdən də havanın temperaturunun yüksəlməsi və boğucu istilər burada yaşayışı mümkünsüz hala gətirib. İnsanlar tüstü qatından Günəşin görünmədiyini bildirirlər.

Qeyd olunur ki, Sibir ərazisində baş vermiş yanğınların tüstüsü tarixdə heç vaxt bu qədər uzaq məsafələrə yayılmayıb və okeanın sahillərinə çatmayıb. O da bildirilir ki, yuxarıda adı çəkilən yaşayış məntəqələri Krasnoyarskdan təxminən 2000 kilometr şimaldadır.

İrkutsk, Krasnoyarsk, Yakutsk və digər regionları əhatə edən yanğının sahəsi 3 milyon hektarı keçib ki, bu da təxminən Portuqaliya boyda ərazi deməkdir. Bununla yanaşı, meşə yanğınları davam etməkdə, yanan ərazilər böyüməkdədir. Məlumat verilir ki, yanan 3 milyon hektarın 2.7 milyon hektar ərazisi keçilməsi çətin olan ərazilərdir. Həmin ərazilərdə yanğınsöndürənlərin fəaliyyəti demək olar ki, mümkünsüzdür. Hazırda yalnız 80 min hektarlıq ərazidə yanğının söndürülməsinə cəhd edilir. Yanğın ərazisi o qədər böyükdür, onu kosmosdan da müşahidə etmək mümkündür. Artıq bir neçə regionda fövqəladə vəziyyət elan olunub.

Yanğınlarla paralel həmin ərazidə, xüsusilə də İrkutskda güclü daşqınlar müşahidə olunur. Çoxlu sayda yaşayış məntəqələri suyun altında qalıb. Yollar, körpülər sıradan çıxıb. Təkcə İrkutskda 1000-dən çox insan evakuasiya edilib. Daşqınlar bir müddət səngisə də, çayların səviyyəsinin yenidən qalxmağa başladığı bildirilir.

Daşqınlar nəticəsində evsiz qalan əhaliyə maddi yardım edilsə də, sakinlər hökumətin fəaliyyətindən və yardımın miqdarından narazıdır. Ümumiyyətlə, hökumətin təbii fəlakətlə mübarizəsi qeyri-kafi qiymətləndirilir və istər hökumətin, istərsə də Vladimir Putinin fəaliyyətindən narazılıq günü-gündən artır. Artıq İrkutsk, Novosibirsk və digər şəhərlərdə çoxsaylı olmasa da, etiraz aksiyaları keçirilir. Bu aksiyalar Moskva Dumasına seçkilərlə bağlı mitinqlərdəki həbslərə etiraz etmək üçün təşkil olunsa da, ümumilikdə hakimiyyətin fəaliyyətindən narazılıqlar da ifadə olunub.

Rusiyada siyasi təhlilçilər hesab edirlər ki, hökumətin təbii fəlakətlər qarşısında acizlik göstərməsi və fəlakətdən zərər çəkən əhalinin mənzil, eləcə də digər sosial problemlərini lazımi səviyyədə həll edə bilməməsi bütünlükdə hakimiyyətin, eləcə də şəxsən Putinin onsuz da yüksək olmayan reytinqini bir qədər də aşağı salır.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam