Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Binəqədidə, “1-ci Mədən” ərazisində əsl cəhənnəm...-Zülfüqarlıların "zavodu" insanları necə zəhərləyir?, Foto, (video)

 

...Uzaqdan ancaq havaya qara tüstü buraxan borusu görünən, hündür hasarlarla əhatələnmiş yarıuçuq iri tikili. Bura deyilənlərə görə sovet dövründə beton zavodu olub. İndi isə orada “metallurgiya zavodu” fəaliyyət göstərir. “Zavodun”, yaxud Bakının müxtəlif yerlərinə səpələnmiş və illərdir atmosfer havasını təhlükəli tullantılarla çirkləndirən çoxsaylı qara metaləritmə sexlərindən birinin ətrafı yaşayış evləri ilə əhatələnib.

Yenixeber.org: Söhbət Bakının Binəqədi rayonu ərazisində, “1-ci Mədən, Korpus 7” kimi tanınan yaşayış massivində yerləşən və 90-cı illərin sonları, 2000-ci illərin əvvəllərində Bakıda “xunveybin metallurgiyası”nın əsasını qoyan qalmaqallı kustar oliqarxlardan- Zülfüqarlı qardaşlarından birinə məxsus olan qara metal sexindən gedir.

 Bu problem-heç bir texnoloji normalara uyğun gəlməyən, ətraf mühiti təhlükəli qara metal tullantıları ilə çirkləndirən, bir çoxları tamamilə qeyri-leqal fəaliyyət göstərən sexlər barədə illərdir yazır, araşdırır, faktları təqdim edirik. Amma çox acınacaqlıdır ki, bu sahədə vəziyyət əsasən dəyişməz qalır. Hətta prezident İlham Əliyevin Bakıda havanı korlayanlara, ətraf mühitə zərbə vuranlara qarşı sərt tədbirlərin görülməsinə dair xəbərdarlıqlarına, çıxışlarına baxmayaraq.

 

Araşdırmalarımıza görə hazırda Bakı və Sumqayıt ərazisində 25-dən çox belə qara metal sexləri var və onlar ayda 50 min tona yaxın qara metal tullantılarını emal edirlər. Emal prosesi əlbətdə ki, heç bir texnoloji normalara cavab verməyən primitiv, əldəqayırma induksiya sobalarında həyata keçirilir. Və belə “zavod”lardan biri də Binəqədi rayonunun ərazisində, fərdi yaşayış evlərinin arasında yerləşir. Reportyor qrupumuz “REAL.TV”-nin reportyor qrupu ilə birlikdə bu sexə baş çəkib və orada baş verənləri araşdırıb, yaxınlıqda yaşayan sakinlərin fikirlərini öyrənib.

                                           Qapını qarovulçu açır...

...Əlbətdə, bu cür müəssisələrdə reportyorlara heç vaxt “xoş gəldin” deməzlər. “Zavodun” darvazasını döyürük, qarovulçu olduğunu təxmin etdiyimiz şəxs çölə çıxır. İçəri keçmək istəyimizə mane olur, “rəhbərliyə” zəng vurur və foto, video çəkilməsini əngəlləməyə çalışır. Amma buna tam müvəffəq ola bilmir. Bu arada “zavodun” borusundan çıxan qara tüstü də kəsilir, deyəsən arzuolunmaz qonaqlar barədə məlumat artıq sexə çatıb...

Çox keçmir ki, müəssisənin rəhbəri gəlir. Bu, qara metal sexini işlədən “Fərid-RR” MMC adlı firmanın rəhbəri Mirhəsən Əzizovdur. Ona reportajın mövzusu barədə qısaca danışırıq, Əzizov əsəbi, narahat halda sex barədə məlumat verir. Deyir ki, 3 ilə yaxındır bu sex işləyir, armatur, “katenka” istehsal edir: “Əlbətdə, qanuni əsasda. Vergimizi də veririk, işçilərimizin də əmək müqaviləsi var, qanunsuz iş olar?”

Sexin rəhbərinin danışdıqları, israrlı müqaviməti

Bəs bu ərazidə, yaşayış evlərinin arasında qara metal əridib havanı çirkləndirən, insanların sağlamlığına zərbə vuran qara metal sexinin fəaliyyəti nə dərəcədə düzgündür? Və ekoloji normalar baxımından qanunidir?

M.Əzizov iddia edir ki, əvvəllər havanı təmizləyən qurğuları olub, indi isə yenisini Türkiyədən sifariş veriblər: “Keçən dəfə ekologiyadan (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) gəldilər, baxdılar. Ondan sonra Türkiyədən yeni təmizləyici qurğu sifariş vermişik, bu yaxınlarda gətirilməlidir”.

M.Əzizov da müəssisənin ərazisini çəkməyə icazə vermir, israrla xahiş edir ki, heç nə çəkməyək. Fotoreportyorumuz isə artıq öz işini görüb, müəssisədən bir neçə kadr çəkə bilib. Hərçənd işçilərdən biri uzaqdan bunu görüb. “Çəkməyin, niyə çəkirsiniz? Telefonu yığışdırın!”-bu adam yüksək səslə danışa-danışa reportyorlara yaxınlaşır.

Axı bura məxfi obyekt deyil və rəhbəri tam qanuni fəaliyyət göstərdiklərini iddia edirsə o zaman çəkilişdən niyə narahat olurlar?

Narahat olmağa isə əsaslar var. Burada iş, istehsal prosesi heç bir normalara cavab vermir, mənzərə acınacaqlıdır və ekoloji normaların da kobud pozulması göz önündədir. Hələ bu sexdə istehsal edilən armaturun keyfiyyəti bir kənara qalsın.

                       Zülfqarlının otağında: “Onsuz da metallurgiya ölüb...”

Xeyli çək-çevirdən sonra Əzizov jurnalistləri müəssisənin ofisinə-sahibkarın yanına dəvət edir. “Gedək orada söhbət edək” deyir. Sahibkar-həmin Zülfüqarlı qardaşlarından biri Rövşən Zülfqarlı ilə görüşürük. Sexin fəaliyyəti barədə soruşuruq.

Zülfqarlı giley-güzar edir: “Cəmi 3 ilə yaxındır burada işləyirik.  Əvvəllər bura bataqlıq, xarabalıq yer idi. 40-dan çox işçimiz var, istehsal həcmi elə də böyük deyil. Onsuz da bu saat Azərbaycanda metallurgiya ölüb, sexlərin çoxu bağlanıb. Biz də belə də, birtəhər ayaqda qalmışıq. Axı sexi bağlasam insanlar işsiz qalacaqlar, bilirsiniz, insanların vəziyyəti ağırdır, işsizlik var...”

200 manat cərimə

O, sexin ətraf mühiti çirkləndirdiyini inkar etmir, amma Türkiyədən sifariş verdiyi təmizləyici qurğunun şəklini göstərir: “Qiyməti təxminən 350 min dollardır. Keçən dəfə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəldilər, cərimə yazdılar. Söz verdik ki, təmizləyici qurğu quraşdırılacaq”

Maraqlıdır, nazirlik bu sexi nə qədər cərimələyib? M.Əzizov söhbətə qarışır və sənədləri gətirib göstərir-sexə cəmi 200 manat cərimə yazılıb. Və ödənilib. Məbləğin cüzi olmasından təəcübləndiyimizi görən Zülfqarlı deyir: “Yüksək cərimə yazacaqlar, uzaqbaşı bağlayacam, insanlar işsiz qalacaq. Onsuz da bazar ölüb, metallurgiyada hansı vəziyyət hökm sürür, bəllidir”.

Ətrafda yaşayanlar isə bu sexin əlindən cana doyduqlarını deyirlər. Doğrudan da 40-50 nəfərin işləyib ayda 3-4 yüz manat qazanmasına görə yüzlərlə, minlərlə sakinin hər gün zəhərli hava udmasına haqq qazandırmaq mümkün deyil.

                            “Paltarı yuyub asırsan çölə, axşam yığanda görürsən ki...”

“2 ildən çoxdur ki, bu sexin ucbatından günümüz gün deyil. Ən çox səhər saatlarında, saat 7 radələrində havaya qatı qara tüstü buraxırlar. Bütün həftəni də işləyirlər, ancaq bazar günü tüstünü dayandırırlar. Paltarı yuyub atırsan çölə, axşam yığanda görürsən ki, dəhşətli iy gəlir. Elə bil mazuta salıb çıxarmısan”, - deyə sakinlərdən biri bildirir.  

Adının çəkilməsini istəməyən bu qəsəbə sakini deyir ki, problemlə bağlı dəfələrlə özü Ekologiya Nazirliyinə zəng edib. Sex şikayət olan gün qısa müddətə işini dayandırsa da,  sonra yenindən havanı zəhərləməyə başlayır. Bütün məhəllə zəhərli qoxudan cana gəlib.

                       Sakinlər xəstəlik tapdıqlarını deyir: “Xüsusən yay aylarında dözülməzdir”

 Sevda Hüseynova adlı digər sakin isə deyir ki, gün ərzində sexin 3 sobasından çıxan zəhərli tüstü ilə nəfəs aldıqlarından xəstəlik tapıblar.

“Biz iydən otura bilmirik. “168” qaynar xəttinə zəng elədik, Ekologiya Nazirliyinin əməkdaşları gəldilər, özüm qarşıladım, sexi göstərdim. Gəlib ölçü götürüblər, amma sex rəhbərliyi heç kimi saymır, yenə də öz işlərindədirlər. Burada yaşamaq  xəstəlikdir, uşaqlarımız həyətə çıxa bilmir. Xüsusən yay aylarında burada yaşamaq dözülməz olur. Evimizdə pəncərələri açıb hava qəbul edə bilmirik. 77 yaşında xəstə anam var, onu həyətə çıxarmaq istəyirəm ki, təmiz hava alsın, amma bayırda hava yox zəhər var. Girin evimizə baxın, pəncərələrin pərdələri qapqaradır, döşəməni silirsən, qapqara his çıxır”, - deyə S. Hüseynova bildirir.

Şikayətçi deyir ki, dəfələrlə qonşularla birgə yığışıb sexə getsələr də, qapını bağlayıb onları içəri buraxmayıblar. Şikayətə cavabları isə bu olub ki, “buradan 50 nəfər evinə çörək aparır, istəyirsiz onlar işsiz qalsın?”.

“Bəs qəsəbədə yaşayan yüzlərlə, minlərlə insan, körpə uşaq xəstəlik tapsın?”, - deyə sakin sual edir.

Adının çəkilməsini istəməyən 35-40 yaşlarında kişi söhbətə qarışır: “Burada yaşamaq dözülməzdir, hər gün zəhər uduruq. Səhər tezdən havaya buraxdıqları qara tüstü hər tərəfi bürüyür, nəfəs almaq olmur. Adamlar da hisdən qaralıb. İndi sizi gördülər, sobanı söndürdülər ki, tüstü çıxmasın”.

Binəqədi ərazisindəki bu qara metal sexinin fəaliyyəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyini məlumatlandırdıq. Nazirlikdən məsələni araşdırıb cavab verəcəklərini bildirdilər.(virtualaz.org)

Reportyor qrupu

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam