Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türk səfir:"Azərbaycan FETÖ terror təşkilatı ilə mübarizədə dəstəyini əsirgəmədi"

 

“2016-cı ilin iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd zamanı millət iradəsini ortaya qoydu. Dövləti bölüb parçalamağa çalışan xainlər buna nail ola bilmədilər”.

Yenixeber.org: Bunu Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 3-cü ildönümünə həsr edilən “Demokratiya zəfəri” adlı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

“Həmin hadisədə şəhid olanları hörmətlə anırıq. 15 iyul hadisələrində Azərbaycan xalqı, hökuməti Türkiyəyə dəstək verdi. Azərbaycan FETÖ terror təşkilatı ilə mübarizədə də dəstəyini əsirgəmədi. Buna görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”, diplomat əlavə edib.

Səfir bildirib ki, türk millətinin iradəsinə qarşı kimsə çıxa bilməz: “Türk milləti olaraq birlikdə güclüyük. Dini, siyasi dünya görüşü fərqli olmasına baxmayaraq hər kəs birlikdə olmalıdır. O zaman daha güclü, qüdrətli olacağıq”./Report


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam