Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Milli Məclisin deputatları - Türkiyəyə gedir

 

Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Dilarə Cəbrayılova Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin qarşısının alınmasının üçüncü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün Ankaraya gedəcəklər.

Yenixeber.org: Bu barədə parlamentdən məlumat verilib.

Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun dəvəti ilə həyata keçiriləcək səfər zamanı Azərbaycan nümayəndə heyəti 2016-cı ildə baş vermiş dövlət çevrilişi cəhdinin qarşısının alınmasının ildönümü münasibəti ilə təşkil olunmuş parlamentin xüsusi iclasına qatılacaq.

Yığıncaqda bu hadisələr zamanı həlak olanların xatirəsi anılacaq, dövlət çevrilişi cəhdinin ağır nəticələri və onların aradan qaldırılması barədə danışılacaq, həmin gün dost ölkələr tərəfindən dövlətçilik və demokratiya uğrunda mübarizədə Türkiyə xalqına verilən dəstəkdən söhbət açılacaq, bir sıra sənədlər nümayiş olunacaq.

Səfər iyulun 16-da başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam