Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Müttəfiqimizə zərər verən bir şəxsi qorumaq fikrimiz yoxdur” – Bayden

e46288bceeed0f9713c488bc107f5e8b

 

“Türk xalqının ən yaxın dostu Amerikadır”

“Türkiyənin müttəfiqi olaraq ABŞ Türkiyəni tam dəstəkləyir”.

Xeberinfo.com:    NTV-yə istinadən məlumata görə, bu sözləri ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyəyə səfəri çərçivəsində baş nazir Binali Yıldırımla keçirdiyi mətbuat konfransında deyib. O, iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd zamanı türk xalqının cəsarətinə heyran qaldıqlarını bildirib: “Biz onların tək qəhrəmanlıqlarını deyil, demokratiyaya olan bağlılıqlarını da alqışlayırıq. Onlar ölkələrinin güclü və demokratik qalması üçün canlarını verdilər”.
C. Bayden Türkiyədə dövlət çevrilişinə cəhdin arxasında ABŞ-ın dayanması ilə bağlı fikirlərə də münasibətini bildirib. O qeyd edib ki, ABŞ qətiyyən bu hadisə haqda əvvəlcədən xəbərdar olmayıb: “Amerika xalqı baş verənlərdən son dərəcədə kədərlidir və nifrətlə qarşılayır. Bizim əvvəldən bu barədə bilgimiz olmayıb. Hadisə baş verən zaman bunu dərhal qınadıq. Çevrilişə qarşı Türkiyə xalqı ilə çiyin-çiyinəyik. Türk xalqının Amerikadan yaxşı dostu yoxdur. Biz hər zaman ortaq dəyərlər və ortaq təhlükəsizliyimiz üçün birlikdəyik”.
C. Bayden Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsinin hüquqi prosedurdan asılı olduğunu söyləyib: “Bu çərçivədə Türkiyənin səlahiyyətli şəxsləri ilə əməkdaşlıq edirik. Hüquqşünas mütəxəssislərimiz türk həmkarları ilə çalışır, dəlil və sənədləri araşdırırlar. Bu dəlil və sənədlər ABŞ məhkəməsinə təqdim ediləcək. Bu şəkildə Fətullah Güləni təhvil verə bilərik. Bizim heç bir şəkildə hər hansı şəxsi qorumaq, xüsusilə bir müttəfiqimizə zərər verən şəxsi qorumaq niyyətimiz yoxdur, amma qanunlarımıza boyun əymək məsuliyyətimiz də var. Bu, bir az zaman alacaq”.
ABŞ-ın vitse-prezidenti Türkiyəni İŞİD-lə mübarizəyə başlaması münasibətilə təbrik edib. O bildirib ki, koalisiya qüvvələri İŞİD-i Suriyada vurmağa davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam