Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiya Ombudsmanı:"Fuad Abbasovun saxlanılmasına dair ..."

“Azərbaycan jurnalisti Fuad Abbasovun saxlanılması məsələsini yaxından öyrənəcəyik və ona baş çəkməyə çalışacağıq”.

Yenixeber.org: Bunu Rusiya Federasiyasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Tatyana Moskalkova deyib.

“Fuad Abbasovun saxlanılmasına dair heç kim bizə müraciət etməyib. Sizin sualınıza qədər Moskvada Azərbaycan jurnalistinin saxlanması ilə bağlı heç bir məlumatımız yox idi. Bu cür hallara çox həssas yanaşırıq və onları nəzarətdə saxlayırıq”, – T.Moskalkova bildirib.

Öz növbəsində, Fuad Abbasovun vəkili Teyyub Şərifov deyib ki, onun deportasiyası daha yuxarı instansiya məhkəməsinə şikayət edildiyinə görə qeyri-müəyyən müddətə təxirə salınıb.

“Ximki şəhər məhkəməsinin Fuad Abbasovun deportasiyasına dair qərarından Moskva vilayət məhkəməsinə apellyasiya şikayəti verdik. Məhkəmənin ilkin iclasının vaxtı hələ təyin olunmayıb. Şikayətə baxdıqdan sonra məhkəmə Fuadın Azərbaycana deportasiya edilməsinin qanuniliyi ilə bağlı qərar verəcək”, – vəkil bildirib.

Xatırladaq ki, Azərbaycan jurnalisti Fuad Abbasov bu il mayın 16-da Ximki şəhərində miqrasiya qanunvericiliyini pozmaqda ittiham olunaraq saxlanılıb. Hazırda jurnalist Korolyovdakı xarici vətəndaşların müvəqqəti saxlanma mərkəzindədir. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam