Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Fuad Abbasov:“Heç bir problem yoxdur, yayılan xəbərlər..."

 

Azərbaycanlı jurnalist Rusiyadan deport edilməsi xəbərinə aydınlıq gətirdi

Aprelin 13-də bir neçə media orqanında Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun Azərbaycana deport ediləcəyi haqda xəbərlər yayılmışdı.

Xəbərlərdə bildirilirdi ki, aprelin 12-də məhkəmə Moskva vilayətinin Miqrasiya Xidmətinin müraciəti əsasında F.Abbasovu saxlanması və evində axtarış aparılması haqqında qərar çıxarıb. Aprelin 15-də onun Azərbaycana deport ediləcəyi gözlənilir.

Abbasov bir neçə ildir Rusiyada yaşayır. Türkiyənin bir neçə media quruluşunun Moskva müxbiri olan jurnalist Rusiya teleməkanında Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı tok-şoularda rəsmi Bakının mövqeyinin ən qatı müdafiəçisi kimi tanınır.

Fuad Abbasov axşama doğru yaydığı açıqlama bildirib ki, narahatçılığa heç bir əsas yoxdur: “Azadlıqdayam, fəaliyyətimlə məşğulam. Evimdə heç bir axtarış aparılmayıb, heç yerə çağırılmamışam. Deportasiya edilməyimlə bağlı xəbərlər əsassızdır”.

Bir neçə ay öncə Fuad Abbasov azərbaycanlılar və çeçenlər arasında baş verən qanlı toqquşmadan sonra pravokasiyaların genişlənməməsi üçün tərəflər arasında barış missiyasını yerinə yetirməsi ilə gündəmə gəlmişdi. Missiya uğurla nəticələnəndən sonra Rusiyanın müxtəlif vilayətlərində fəaliyyət göstərən bir neçə Azərbaycan icması onun başçılığı ilə yeni diaspor qurumu yaratamaq təşəbbüsü irəli sürmüşdülər. Ancaq Rusiya Azərbaycanlıları Konqresi və Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) təşəbbüsə etirazlarından sonra məsələ açıq qalmışdı.
Redaksiyamıza başqa mənbədən məlumat daxil olub ki, Fuad Abbasov aprelin 9-dan Bakıdadır və yayılan xəbərlərin heç bir əsası yoxdur. Bu məlumatı tanınmış jurnalist Tural İbrahimov da təsdiq edib.

Fuad Abbasov özü isə instaqram səhifəsində tapmaca kimi bir mətn paylaşıb. Orada qeyd edib ki, separatçılar arzularını gerçəklik kimi qələmə verirlər. Lakin Fuad Abbasov Afrikada da jurnalistdir...(müsavat)

Aygün Muradxanlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam