Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Avropa ölkələri Quaydonu prezident kimi tanımağa başladı

Avropa dövlətləri Venesuelanın qanuni rəhbəri kimi Xuan Quaydonu tanımağa başlayıb.

 Yenixeber.org: Bu gün səhərdən etibarən Britaniya, Fransa, Almaniya, İspaniya, Portuqaliya, Hollandiya, Avstriya, İsveç, Danimarka, Polşa, Çexiya, Litva və Latviya X.Quaydonu Venesuelanın müvəqqəti prezidenti qismində (seçkilərə qədər) tanıdıqlarını elan ediblər.

Fransa prezidenti Emmanuel Makron qərarını “Tvitter”dən açıqlayıb: “Venesuelalıların öz iradələrini azad və demokratik şəkildə ifadə etmək haqqı var. Fransa seçkilərə qədər Quaydonu müvəqqəti prezident kimi tanıyır”.

Avropa Birliyinin təşkilat olaraq qərar qəbul etməsini İtaliya bloklayıb. Roma baş verənləri Venesuelanın daxili işlərinə müdaxilə sayır.

Qeyd edək ki, ötən həftə Avropa Birliyi ölkələri Venesuela prezidenti Nikolas Maduroya yeni seçkilərə gedilməsi üçün 8 günlük vaxt vermişdi. Maduro isə ultimatumu rədd etmiş və prezident seçkilərinin önə çəkilməyəcəyini açıqlamışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam