Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Maduro ABŞ-la bütün diplomatik əlaqələri kəsdi-Moskva onu təstəkləyir

 

Venesuela Prezidenti Nikolas Maduro ABŞ ilə bütün diplomatik əlaqələri kəsdiyini bəyan edib.

Yenixeber.org: Maduro amerikalı diplomatların 72 saat ərzində ölkəni tərk etmələrini istəyib. O bildirib ki, müddət başa çatdıqdan sonra ABŞ diplomatları ölkədən çıxarılacaq.

Maduro ABŞ-ı ölkədə çevriliş etməkdə də ittiham edib və Quaidonu "qanunsuz prezident" adlandırıb.

Bu arada o da məlum olub ki, Amerika Dövlətləri Baş Assambleyasının baş katibi Luis Almarqo da Xuan Quaidonu prezident səlahiyyətlərinin icraçısı kimi tanıyıb.

“Prezident səlahiyyətlərinin icraçısı Xuan Quaidonu təbrik edirik. Ölkəyə yenidən demokratiyanın gətirilməsində o bizim yardımımıza güvənə bilər”, - deyə Almarqo bəyanatında bildirib.

Artıq Çili, Paraqvay, Kolumbiya, Peru, Braziliya, Qvatemala və Ekvadorun da Xuan Quaidonu Venesuela prezidenti kimi tanıdıqları bildirilir.

Baş verənlərə Rusiyadan da münasibət bildirilib. Federasiya Şurasının beynəlxalq işlər üzrə komitə sədrinin müavini Andrey Klimov deyib ki, Rusiya artıq Venesuelanın qanuni prezidenti olaraq Nikolas Maduronu tanıyıb və bu mövqedə heç bir dəyişiklik olmayacaq.

Qeyd edək ki, Nikolas Maduroya qarşı etiraz aksiyaları zamanı ölənlərin sayı altıya çatıb. Belə ki, iki nəfər San-Kristobal şəhərində keçirilən aksiyalarda ölüb. Daha dörd nəfər isə Barinas ştatında baş tutan mitinqdə həlak olub.

Aksiyalar zamanı 30-dək adam yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam