Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Xuan Guaydo Venesuelanı xilas planını açıqladı –Maduro isə müxalifət liderinin evinə silahlılar göndərib

Venesuela müxalifətinin lideri Xuan Guaydo dünən – yanvarın 31-də deyib ki, elit təhlükəsizlik qüvvələri onun evinə girərək ailəsini həfələyiblər. O, buna görə Nikolas Maduro hökumətini suçlayıb. Bu arada hakimiyyətini saxlamağa çalışan Maduronu devirməkdən ötrü Guaydoya dəstək artmaqdadır.

Yenixeber.org: Parlamentin 35 yaşlı lideri özünü ötən həftə prezident elan edib. O deyib ki, xüsusi polis qüvvəsi olan FAES onun evinə gedərək həyat yoldaşı Fabiana Rosalesi dindirib. Guaydo bu haqda Karakas universitetində çıxışı zamanı danışıb. “FAES mənim evimdədir, Fabiananı dindirir. Hazırda diktatura bizi qorxutduğuna inanır”, – inamlı Guaydo deyib. Bu zaman həyat yoldaşı da böyründə olub.

Son illər Maduro narazılara təzyiqi artırdıqca bir çox müxalifət liderləri həbsə atılıb. Yanvarın 31-də Avropa Parlamenti də Guaydonu “ölkənin keçid dövrü üçün qanuni prezidenti” kimi tanıyıb. Qurum Avropa Birliyini də oxşar addım atmağa çağırıb.

Beynəlxalq dəstəyi səfərbər edən Guaydo ölkədə Maduroya qarşı küçə etirazları keçirilməsinə çalışır. O, əhalini şənbə günü kütləvi etirazlara səsləyib. Venesuelanın Ali Məhkəməsi isə onun aktivlərini dondurub, ölkədən çıxmasını yasaqlayıb.

Avropanın dörd böyük ölkəsi – Britaniya, Fransa, Almaniya və İspaniya bildiriblər ki, Maduro həftəsonunadək prezident seçkisi təyin etməsə, onlar da Guaydonu tanıyacaqlar. Birləşmiş Ştatlar isə Avropanın bütün ölkələrini belə etməyə çağırıb.

“İmperialistlər yeni seçki istəyirlərsə, 2025-ci ilədək gözləsinlər”, – Maduro yanvarın 30-da Rusiyanın RIA Novosti agentliyinə deyib. Guaydo isə Karakas universitetində özünün iqtisadi məngənədə olan ölkəni “xilasetmə planı”nıtəqdim edib.

“Humanitar böhranı həll edəcəyik, inflyasiyanı dayandıracağıq, neft sənayesini yenidən işə salacağıq, dövlət xidmətlərinə çıxışı bərpa edəcəyik”, – o deyib. Müxalifət liderinin planına Venesuelanın 150 milyard dollarlıq borcuyla bağlı danışıqlar aparılması da daxildir. Hazırda ölkədə milyonlarla adam səfalət içində yaşayır, 2,3 milyon nəfər qaçqın düşüb.(Azadlıq radiosu)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam