Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Cəmil Həsənli Milli Şuranın mitinqinə gəlmədi

 

Bu dəqiqələrdə Demokratik qüvvələrin Milli Şurası adlanan qurumun Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilir.

 

Yenixeber.org: İcazəli aksiya Yasamal rayonu ərazisindəki "Məhsul" stadionunda təşkil olunub.

Mitinqin başlanma vaxtı saat 15:00-a nəzərdə tutulsa da, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin stadiona gec gəlməsi səbəbi ilə 25-30 dəqiqə gec başlayıb.

Milli Şura sədri Cəmil Həsənli isə ümumiyyətlə mitinqə gəlməyib. Onun yerinə kürsüdə "Müsavat" divanının üzvü Tofiq Yaqublu yer alıb.

Mitinqi ənənəvi çıxışla AXCP sədri Əli Kərimli açıb. Sonra Tofiq Yaqublu çıxış edib və Əli Kərimlinin dediklərini təkrarlayıb.

Mitinqdə 800-ə qədər Milli Şura tərafdarı iştirak edir.

Əvvəlcədən razılaşdırıldığı kimi mitinq saat 17:00-a kimi davam edəcək. (azvision)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam