Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Milli Şura mitinq keçirdi: Saxlanılanlar var - FOTOLAR

Milli Şura Bakıda növbəti mitinqi keçirdi - Saxlanılanlar var - FOTOLAR

 

Bu gün Milli Şura Bakıda Konstitusiya dəyişiklikləri haqda referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı növbəti etiraz mitinqi keçirib. 
Xeberinfo.com:  Musavat.com saytının məlumatına görə, keçmiş "Məhsul" stadionunda keçirilən aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
 
Aksiyada təhlükəsizlik tədbirləri Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Mitinqin əsas şüarı «Monarxiyaya yox! Talana son!» olub.
Mitinqin aparıcısı AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn olub. Mitinqə AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü İbrahim İbrahimli, AXCP sədrinin müavini Gözəl Bayramlı və “Azadlıq” qəzetini baş redaktorunun birinci müavini Rahim Hacıyev çıxış ediblər. 
Mitinqdən sonra polislə aksiyaçılar arasında qarşıdurma yaranıb. Çox sayda saxlanan var. Onların arasında AXCP üzvləri ilə yanaşı, Azadlıq radiosunun 2 əməkdaşı İslam Şıxəli və Orxan Rüstəmzadə də var.  
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib ki, mitinq qanunun tələblərinə uyğun deyil: "Çünki referendum dövründə anti-referendum təbliğatı aparmaq üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmək lazımdır. Ancaq bunlar imza toplaya, qeydiyyatdan keçə bilməyiblər, ancaq referendum əleyhinə çıxışlar edirlər. "Sərbəst toplaşmaq azdlığı" haqqında qanunda da göstərilib ki, heç kim təhqir oluna bilməz, etnik-dini çağırışlar olmamalıdır. Ancaq hamı şahid oldu ki, mitinqdə bu cür çağırışlar oldu".









 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam